
Siyasət
08.08.2022 / 08:06
İranın hərbi gəmiləri Bakıya gəlib
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri avqustun 7-də Bakıya gəliblər.Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib.