BAKU Azərbaycan
8.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) yaradılmasının 55-ci ildönümü münasibətilə avqustun 8-də İndoneziyanın Azərbaycandakı səfirliyində Malayziyanın ölkəmizdəki səfirliyi ilə birgə tədbir təşkil edilib.Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir Cənub-Şərqi Asiya regionunda sülh və firavanlığı təbliğ edən ASEAN-ın himninin səsləndirilməsi ilə başlayıb.İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hildi Hamid çıxış edərək ASEAN-ın 55-ci ildönümü ilə bağlı tədbirdə iştiraklarına görə qonaqlara təşəkkürünü bildirib. O qeyd edib ki, indiyədək ASEAN ötən müddət ərzində güclü və inkişaf edən Cənub-Şərqi Asiya regionu qurmağa müvəffəq olub. ASEAN digər inkişaf etmiş ölkələrlə əlaqələr yarada və müxtəlif yollarla beynəlxalq aləmdə hesablaşmalı cəmiyyətlərdən birinə çevrilə bilər.

İndoneziya səfiri ASEAN-ın sosial, iqtisadi, siyasi və mədəni aspektlər baxımından əhəmiyyətli irəliləyişlər əldə etdiyini vurğulayıb. Bildirib ki, 10 üzv dövlətdən - Bruney, Kamboca, İndoneziya, Laos PDR, Malayziya, Myanma, Filippin, Sinqapur, Tayland və Vyetnamdan ibarət olan ASEAN Asiyada 3-cü, dünyada isə 5-ci ən böyük bazara çevrilib və ən inkişaf etmiş inteqrasiya olunmuş bazarlardan biridir. Əhalisinin ümumi sayı 667 milyon nəfər olan ASEAN-ın geniş istehlak bazası var və bu, Çin və Hindistandan sonra qlobal miqyasda üçüncü yerdədir.

Malayziyanın Azərbaycandakı səfiri Dato Yubazlan Yusof da 55 illik yubiley münasibətilə ASEAN ölkələrini təbrik edib. Bildirib ki, dostluq ruhuna əsaslanan, üzv dövlətlərin siyasi, iqtisadi və sosial müxtəlifliyini nəzərə alan “ASEAN Yolu” kimi tanınan konsepsiya ilə birləşdiyi ASEAN qlobal dünyada növbəti iqtisadi supergüc kimi tanınır. O, həmçinin ASEAN ölkələrinin hər zaman bir-birini dəstəkləyəcəklərinə, iqtisadiyyatı daha da gücləndirmək, regional sülh və sabitliyi qorumaq məqsədilə birgə işləməklə təcrübə mübadiləsi aparacaqlarına ümidvar olduğunu deyib.İndoneziya və Malayziya ASEAN icmasının Azərbaycanda təşviqini, ölkəmizlə təşkilat, eləcə də üzv dövlətlərlə əməkdaşlığını gücləndirməyə çalışır.

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər