
Siyasət
09.08.2022 / 12:08
Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyi xeyriyyə tədbiri keçirib
Birliyinin təşəbbüsü ilə Park Bulvarda qan xərçəngindən əziyyət çəkən şəhid, qazi və aztəminatlı ailələrin uşaqlarına dəstək məqsədilə sənətkarların əl işlərindən ibarət yarmarka təşkil olunub. Bu xeyriyyə aksiyasında 20-yə yaxın şəhid, qazi uşaqları iştirak ediblər.
Uşaqların üzünün boyalarla bəzədilməsi, sinema göstərilməsi onların sevincinə səbəb olub.Tədbirin və yarmarkanın təkilatçıları Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin cədri Almaz Zeynalova və Sevinc Aslanova Park Bulvarda tədbirin keçirilməsi üçün yaratdığı şəraitə və dəstəyə görə oranın rəhbəri Ali Yükselə öz təşəkkürlərini bildiriblər.Və onu birliyin Fəxri Diplomu ilə təltif ediblər. //www.youtube.com/shorts/Dvbnz9tVoAI