BAKU Azərbaycan
8.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Məlum olduğu kimi, avqustun 12-si dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza bildirib ki, Beynəlxalq Gənclər Günü 8-12 avqust 1998-ci il tarixlərdə Lissabon şəhərində keçirilmiş Gənclər nazirlərinin I toplantısında qəbul edilib: “Bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına və beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədi ilə qeyd olunur. Amma diqqət çəkən məqam odur ki, Azərbaycanda bundan bir il əvvəl 2 fevral Gənclər Günü təsis edilib. 2 fevral Gənclər Gününün Azərbaycanda təsis olunması və onun hər il milli səviyyədə, yüksək şəraitdə qeyd olunması bu ənənənin artıq davam etməsi bir daha onu göstərir ki, bu gün sıradan olan bir peşə və ya sahə bayramı deyil. Ulu öndər Heydər Əliyev 1997-ci ildə bu günün – 2 fevral Gənclər Gününün təsis olunması haqda sərəncam verərkən, bir tərəfdən cəmiyyətin bu böyük təbəqəsinin xüsusi günün olmasının əhəmiyyətini çatdırdısa, digər tərəfdən də gənclərdə dövlətə və özlərinə inam hisslərinin, cəmiyyətin seçilən, avanqard və etibarlı qüvvəsi kimi formalaşmasını təmin etdi. Yalnız bu günlə deyil, hər an, hər zaman Azərbaycan gəncində bir inam var ki, onun arxalana biləcək, gücünə güc qatacaq, qayğı və problemlərinə diqqət ayıracaq, onun üçün müxtəlif şərait və imkanlar yaradacaq dövləti var”. Asif Əsgərli deyib ki, bu gün Azərbaycan gəncliyi istər ölkə daxilində, istərsə də xaricdə vətəndaş mövqeyini ortaya qoyur: “Azərbaycan gəncləri bu gün öz bacarıq, intellekt və təcrübəsini artırıb yeni-yeni bilik və texnologiyalara yiyələnməklə yanaşı, sağlam vətəndaş mövqeyini də ortaya qoya bilir, vətənpərvərlik hisslərini özündə yaşatmaqla hər zaman milli və dövlətçilik kursuna sadiqliyini nümayiş etdirir. Azərbaycan gəncləri hər zaman dövlətinə, millətinə bağlı vətəndaş mövqeyini göstərib, onu içdən və xaricdən zəiflətmək istəyən, ona qarşı təzyiqlər göstərmək istəyən istənilən qüvvənin qarşısında duranların ilk cərgəsində olanlardan olub ölkə gəncliyi. Azərbaycan gəncliyi, eyni zamanda ölkəmizin haqlı ədalətli mövqeyinin müdafiəsində, onun dünyaya çatdırılmasında, dövlətimizə beynəlxalq dəstəyin qazandırılmasında da öz vətəndaş mövqeyini ortaya qoyub. Bir faktı da qeyd edim, Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” beynəlxalq kampaniyasını da dünyanın 100-ə yaxın ölkəsində aparan, təbliğ edən, bu genosidi dünya ictimaiyyətinə çatdıran və erməni faşizminin iç üzünü açıb göstərməkdə də əsas rupor məhz bizim sağlam gəncliyimizin vətəndaş mövqeyi idi. Gənclərimizin bu vətəndaş mövqeyi və fəaliyyəti bu gün də davam edir, Azərbaycanla bağlı istənilən məsələyə dərhal reaksiya verilir və konkret iş ortaya qoyulur. Bu işdə fəal gəncləri, gənclər təşkilatları və xaricdə təhsil alan və orada şəbəkələşən tələbələrimizin də əməyini qeyd etmək lazımdır. İstər 2016-cı ilin qısamüddətli Aprel döyüşləri zamanı, istərsə də 20220-ci ilin Vətən müharibəsində heç bir təsir və resurslar işə salınmadan Azərbaycan gəncləri Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında bir yumruq olduğunu göstərdi, vətənpərvərlik hisslərini ortaya qoyaraq döyüşdülər”.

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər