BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycanda regionların inkişafı hər zaman prioritet məsələlərdən biri olub. Aparılan işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb. Prezidenti İlham Əliyevin bölgələrə ardıcıl səfərləri həm ölkənin hərtərəfli inkişafına, həm də xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardır.

"Xeber 7" məlumat verir ki, ötən il və cari ildə ölkə başçısının azad edilmiş ərazilərə və digər regionlarımıza ümumilikdə 32 səfəri baş tutub.

İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri ilə yanaşı, digər şəhər və rayonların dövlət başçısının diqqət mərkəzində olması, onların inkişafı, sakinlərin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində işlərin davam etdirilməsi müşahidə olunur.

Ötən ilin 20 aprel tarixində Prezident İlham Əliyev Hacıqabula səfəri zamanı Hacıqabul Sənaye Məhəlləsinin açılışında, Hacıqabul-Muğan avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi tədbirində, "Aqro Dairy" MMC-nin aqroparkının təqdimatında, "Qarasu" yarımstansiyasının istismara verilməsi tədbirində, “Azərsun Şamaxı Aqropark”ın açılışında iştirak edib, fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesini izləyib.

15 may 2021-ci il tarixində ölkə başçısının Qəbələ rayonuna səfəri zamanı Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu bərpadan sonra istifadəyə verilib. Ölkə başçısı həmçinin Qəbələnin Nic qəsəbəsində Müqəddəs Məryəm Ana Alban kilsəsində, 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olub. Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub.

22 iyul 2021-ci il tarixində Daşkəsən, Naftalan, Goranboy və Gəncəyə səfəri çərçivəsində Prezident İlham Əliyev Daşkəsəndə “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə, Daşkəsən şəhərinin yenidən qurulan su təchizatı və kanalizasiya sistemləri üzrə görülən işlərlə tanış olub. Naftalan şəhər hava limanı ilə tanış olub. Naftalan Mərkəzi Sanatoriyasının açılışında, Naftalanda körpələr evi-uşaq bağçasının istifadəyə verilməsi tədbirində, Goranboyda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun açılışında, Goranboy Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Gəncədə Ermənistanın raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış olub.

3 oktaybr 2021-ci il tarixində Tərtər və Bərdə rayonlarına səfəri zamanı ölkə başçısı Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub, Tərtər rayonunun Talış kəndində, Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb. “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışını edib. Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində Tərtər şəhərində dağılmış evin əvəzinə tikilən yeni evdə yaradılan şəraitlə tanış olub. Bərdə Peşə Liseyinin açılışında iştirak edib.

1 noyabr 2021-ci ildə Prezident İlham Əliyev Şamaxı və İsmayıllı rayonlarına səfəri zamanı, Lahıcdakı Bədöyün məscidində aparılan bərpa-təmir işləri ilə tanış olub, İsmayıllı şəhərində Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binasının, İsmayıllı şəhər Natiq Behdiyev adına 6 saylı tam orta məktəbin yeni binasının, Şamaxıda “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib. Şamaxı şəhərində Gənclər Parkında görülmüş işlərlə tanış olub. Şamaxı şəhər 7 saylı körpələr evi-uşaq bağçasının, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Yaradıcılıq Mərkəzinin Şamaxı şəhər stadionunun, Şamaxı Üzüm Tingçilik Mərkəzinin, Şamaxıda Çarhan kənd orta məktəbinin, Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksinin bərpa və yenidənqurmadan sonra açılışında iştirak edib.

6 dekabr 2021-ci ildə Prezident İlham Əliyev Quba rayonuna səfəri çərçivəsində Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə tanış olub. "Quba ABAD Factory" qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin açılışında iştirak edib. Qubanın Birinci Nügədi kəndində inşa olunmuş 1 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olub. Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib. Qubanın Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanış olub.

30 yanvar 2022-ci il tarixində ölkə başçısı Gəncəyə səfəri zamanı Gəncə Dövlət Dram Teatrının yeni binasının açılışında iştirak edib. 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışını edib. Gəncə İdman Sarayında tikinti işlərinin gedişi ilə tanış olub. “Azərbaycan Dəmir Yolları” QSC-nin Gəncə lokomotiv deposu istismara verilib. Gəncə Memorial Kompleksinin təməlini qoyub.

20 mart 2022-ci ildə Prezident İlham Əliyev Tərtər rayonuna səfərində Suqovuşanda çəkilmiş müasir izolyasiyalı və mühafizəli kabel xəttinin təqdimatında iştirak edib. Suqovuşan qəsəbəsində fərdi evdə aparılmış təmir-bərpa işləri ilə tanış olub. Qəsəbədəki 144 şagird yerlik tam orta məktəbin binasında olub. Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni tikiləcək məscidin təməlini qoyub. Müdafiə Nazirliyinin Suqovuşanda “N” saylı hərbi hissəsinin açılışında iştirak edib. Suqovuşanda turizm kompleksinin təməlini qoyub. Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışında iştirak edib.

Ötən gün 12 avqust 2022-ci ildə Qobustan İsmayıllı və Ağsu rayonlarına səfəri zamanı ölkə başçısı Qobustan rayonunda “Diri Baba” türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış olub. İsmayıllı rayonunda “Basqal Resort & Spa” otelinin açılışında iştirak edib. İsmayıllı rayonunda “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olub. Ağsu şəhərindəki Bayraq meydanında Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib. “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olub.

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər