BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə Cənubi Qafqazda əsas söz sahibinə çevrilmiş, regional və beynəlxalq mövqelərini getdikcə möhkəmlədən, sürətlə inkişaf edən bir dövlət kimi özünü təsdiqləyib. Qeyd etmək lazımdır ki, bu hal, ilk növbədə, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş daxili və xarici siyasətin nəticəsidir. Məhz bu siyasətin, ölkədə həyata keçirilən əsaslı islahatların sayəsində Azərbaycanın iqtisadi inkişaf modeli özünün unikallığını və müstəsna effektivliyini isbatlayıb. Bu gün Azərbaycan Prezidentinin ölkənin rayon və bölgələrinə etdiyi müntəzəm səfərlər regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasının effektivliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Məhz bu səfərlər zamanı verilən dövlət tapşırıqlarının icrası yerində yoxlanılır, baş tutan açılışlar və təməlqoyma mərasimləri isə görülmüş işlərin həcminin göstəricisidir. Dövlətimizin başçısının regionlara etdiyi səfərlər iqtisadi əhəmiyyətinə paralel olaraq həm də böyük siyasi önəm kəsb edir.Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı deyib.Deputat qeyd edib ki, avqustun 12-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağsu və İsmayıllı rayonlarına tarixi səfərləri həm siyasi, həm də iqtisadi baxımdan böyük önəm kəsb etmiş oldu. Məlum olduğu kimi, Prezident İlham Əliyev bütün bölgələrdə aparılan quruculuq-abadlıq işlərinə şəxsən özü nəzarət edir. Məhz buna görə dövlətimizin başçısı həm işlərin gedişi ilə yerində tanış olmaq, həm də lazımi tapşırıq və tövsiyələri vermək üçün müntəzəm olaraq bölgələrə səfərlər edir. O cümlədən son illər ərzində digər regionlarda olduğu kimi, Ağsu və İsmayıllı rayonlarında da böyük infrastruktur layihələri icra edilib. Avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Prezident İlham Əliyev bununla bağlı qeyd etdi ki, hər iki rayonda dövlət proqramı ilə icrası nəzərdə tutulan infrastruktur layihələrinin əsas hissəsi başa çatmışdır. İstər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilmişdir. Ağsu və İsmayıllı şəhərlərinin hər birində 160 çarpayılıq yeni xəstəxana tikilmişdir, 100-ə yaxın məktəb inşa edilmiş, ya da əsaslı şəkildə təmir olunmuşdur. Həmçinin bu rayonlarda yeni iş yerlərinin yaradılması istiqamətində də mühüm addımlar atılmışdır. O cümlədən dövlət başçısının açılışında iştirak etdiyi “Basqal Resort & Spa” hotelində 300-ə yaxın iş yeri açılıb. Prezident İlham Əliyevin səfər çərçivəsində fəaliyyəti ilə tanış olduğu “Ağsu Aqropark”da isə 200-ə yaxın iş yeri açılıb. Əlbəttə ki, bütün bunlar hər iki rayonun iqtisadi inkişafına verilən mühüm töhfələrdir.Prezident İlham Əliyev, həmçinin işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafına dair mövcud planlar və görülən işlər barədə söylədiklərinin əhəmiyyətini vurğulayan A.Naxçıvanlı bildirib: “Bu gün dünyanın bütün dövlətlərinin qarşısında duran əsas məsələlərdən biri ərzaq təhlükəsizliyi ilə bağlıdır. Bu baxımdan Azərbaycan işğaldan azad edilmiş torpaqlarının ölkə iqtisadiyyatına reinteqrasiyası hesabına böyük imkanlar əldə edəcək. Dövlətimizin başçısı müsahibəsində qeyd etdiyi kimi, azad edilmiş ərazilərdə kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi üçün çox münbit iqlim və təbii şərait var. Məlum olduğu kimi, Rusiya-Ukrayna müharibəsi ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyəti daha da kəskinləşdirdi. Lakin Azərbaycan bu məsələ ilə yalnız indi məşğul olmağa başlamayıb. Belə ki, torpaqlarımız işğalçılardan azad olunandan dərhal sonra Prezident İlham Əliyev göstəriş vermişdi ki, bu torpaqlarda əkin-biçin işlərinə başlansın. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Azad edilmiş torpaqlarda kənd təsərrüfatının müasir planlı şəkildə ixtisaslaşma əsasında təşkili imkan verəcək ki, oraya qayıdacaq insanlar əkin-biçinlə məşğul olmaqla öz güzəranını özləri təmin edəcəklər, yaxşı vəsait əldə edəcəklər, eyni zamanda, ölkəmizin ərzaqla təminatı və ixrac imkanları böyük dərəcədə artacaq”.Sonda Milli Məclisin deputatı Prezident İlham Əliyevin müsahibəsində yer almış siyasi məqamların önəmini qeyd edib. Bildirib ki, Ermənistan son iki ildə baş verənlərdən bu gün də düzgün nəticə çıxarmasa bütün imkanları əldən verə bilər. “Azərbaycan iki il bundan əvvəl, ilk növbədə, hərbi, daha sonra hərbi-siyasi yolla öz torpaqlarını işğaldan azad etdi və nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Ermənistan hökuməti kapitulyasiya aktını imzalamaqla öz üzərinə məlum öhdəliklər götürdü. Bu öhdəliklərə əməl olunması bütün Cənubi Qafqazda sülhün və inkişafın bərqərar olması üçün zəruri şərtdir. Lakin təəssüflər olsun ki, Ermənistan hələ də bunu dərk etmək istəmir. Azərbaycana qarşı hansısa ərazi iddiaları, hansısa status haqqında cəfəng fikirlərlə Qarabağda gedən proseslərə qarışmaq cəhdləri və hətta ölkəmizin Silahlı Qüvvələrinə qarşı açıq-aşkar silahlı təxribatlar hələ də davam edir. Təbii ki, Azərbaycan bütün bunların qarşısını qətiyyətlə almaq iqtidarındadır və alır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, avqustun 3-də keçirilmiş “Qisas” əməliyyatı da bir cəza tədbiri idi. Növbəti dəfə təxribat törədərək Azərbaycan əsgərinin qanını axıtmış düşmən ciddi şəkildə cəzalandırıldı. Şəhidimizin qanı onlara baha başa gəldi və düşmən bunu unutmamalıdır. Ermənistanın yeni reallıqlarla barışmalıdır, çünki başqa yolu yoxdur. Qarabağda yaşayan ermənilərə gəlincə isə, Ölkə Prezidenti İlham Əliyev dəfələrlə birmənalı şəkildə bəyan edib ki, bu insanlar da Azərbaycan vətəndaşlarıdır və onların təhlükəsizliyinin və bütün digər hüquqlarının təminatı da Azərbaycan dövləti tərəfindən həyata keçiriləcək”, - deyə Aqiyə Naxçıvanlı vurğulayıb.

 

 

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər