BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində çox mühüm məqamlara toxundu, önəmli mesajlar verdi. Dövlətimizin başçısı ölkənin dayanıqlı inkişafı üçün görülən işlərdən, işğaldan azad edilmiş ərazilərin bərpasından bəhs etdi, regionda sülh və təhlükəsizliklə bağlı Azərbaycanın qətiyyətli mövqeyini növbəti dəfə diqqətə çatdırdı.Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov söyləyib."Dövlətimizin başçısı, həmçinin ciddi xəbərdarlıq etdi: Ermənistan öz üzərinə götürdüyü öhdəliklərə riayət etməlidir. Əks halda, Azərbaycan müvafiq tədbirlər görəcək. Ali Baş Komandanın “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi. Heç nə və heç kim. Bunu Azərbaycan xalqı yaxşı bilir. İkinci Qarabağ müharibəsi bunu göstərmişdir. Əminəm ki, qarşı tərəf də bunu bilir. Sadəcə olaraq, hərdənbir bunu unudur. Ona görə bax, bu faciəvi hadisələr baş verir”, - deyə vurğuladı. Bəli, Azərbaycan həm təxribatların qarşısını almaqla, həm də qətiyyətli mövqe sərgiləməklə bildirir ki, üçtərəfli Bəyanatın bütün tələbləri zamanında, tam və qeyd-şərtsiz yerinə yetirilməlidir. Bir daha sübuta yetirilir ki, Vətən müharibəsində şanlı Qələbə qazanmış Azərbaycan yeni reallıqlar yaradıb və istər məğlub Ermənistan, istərsə də onun havadarları bu reallıqları dəyişmək iqtidarında deyil. “Dəmir yumruq” öz yerindədir və istənilən təxribat cəhdinin qarşısı alınacaq! İstər Ermənistan, istərsə də təxribat cəhdlərinə rəvac və dəstək verən geosiyasi dairələr bilməlidirlər ki, Prezident İlham Əliyevin cəsarətli addımları, qətiyyətli mövqeyi qarşıda duran bütün strateji hədəflərə çatmağa imkan verəcək. Ermənistanın isə iki yolu var: ya konstruktiv mövqe tutaraq, təxribatlardan əl çəkərək yeni imkanlardan yararlanacaq, ya da sabotajlarına davam edərək bumeranq effekti ilə üzləşəcək, daha sərt cəzalandırılacaq", - deyə S.Novruzov bildirib.Azərbaycan Prezidenti söylədi: Zəngəzur dəhlizi lazımdır, ona da etiraz edirdilər. İndi yaxın həftələrdə Zəngəzur dəhlizinin marşrutunu biz onlardan gözləyirik”. Reallıq budur ki, sözü imzası qədər dəyərli və keçərli olan Prezident İlham Əliyevin siyasəti, Azərbaycanın strateji fəaliyyəti və geosiyasi iradəsi nəticə verir - regionda yeni nəqliyyat-kommunikasiya xətti yaradılır. Bəli, Zəngəzur dəhlizi reallaşdırılır. Ermənistan istəsə də, istəməsə də. Ümumiyyətlə, bu dəhlizin yaradılması məsələsi təkcə Azərbaycanın deyil, bütövlükdə, regionun siyasi gündəliyinin mühüm tərkib hissəsidir. Bu da təsadüfi deyil, çünki bu proyekt həm ölkəmizin yerləşdiyi regionda, həm də Asiyadan Avropaya doğru geniş məkanda yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Bu ərazidən keçən nəqliyyat xətti bir çox dövlətin əməkdaşlıq imkanlarını genişləndirəcək. Azərbaycan qətiyyətli mövqeyini davam etdirir, prinsipial yanaşma ortaya qoyur və strateji hədəflərinə doğru addımlayır. Proseslərin gedişatı regionda bütün dövlətlərin maraqlarına tam cavab verir, bölgə xalqlarına rifah və inkişaf vəd edir. Bu isə Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizlik, qarşılıqlı faydalı əməkdaşlıq mühitini təmin etmək üçün mühüm əhəmiyyət daşıyır. Bir sözlə, qalib Azərbaycan yeni mərhələdə - postmüharibə dövründə strateji hədəflərini reallaşdırır. Bu isə ölkəmizin iqtisadi imkanlarının artması, siyasi üstünlüyünün və beynəlxalq mövqeyinin möhkəmlənməsi, bir sözlə, daha güclü-qüdrətli Azərbaycan deməkdir;

Dövlətimizin başçısı qeyd etdi ki, “Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Nədən söhbət gedir? Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi”. Bəli, Azərbaycan öz hərbi-siyasi gücü ilə yeni reallıq yaradıb. Artıq “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Qarabağ və Şərqi Zəngəzur var. Qarabağ aranlı-dağlı Azərbaycanın ərazisidir. Ən əsası, heç bir status müzakirə mövzusu deyil. Azərbaycan dövləti Qarabağda yaşayan erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin olunması ilə əlaqədar aydın və konkret mövqe ortaya qoyur.

Nəticə etibarilə, qalib və qüdrətli Azərbaycanın strateji seçimləri, yanaşması, iradəsi və mövqeyi bəllidir. Atdığımız addımlar milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanır, sülhə və təhlükəsizliyə xidmət edir. Biz bütün hədəflərimizə nail olacağıq. Müzəffər Ali Baş Komandanımızın qeyd etdiyi kimi, nəyi deyiriksə, onu da edirik: “Bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi. Heç nə və heç kim”.

 

 

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər