BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyevin İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər istər siyasi, istər sosial-iqtisadi baxımdan ölkənin tutduğu yol xəritəsinin, o cümlədən bir sıra həssas nüanslara münasibətdə qəti mövqeyimizin ifadəsi baxımdan çox vacib elementləri əhatə edir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.Deputat bildirib ki, dünyada əsas problem kimi getdikcə dərinləşən və iqtisadiyyatın qanunlarına görə Azərbaycanın da bu prosesdən kənarda qala bilməyəcəyi ərzaq qıtlığı təhlükəsi ilə bağlı ölkəmizin tutacağı sosial-iqtisadi yol və mövcud vəziyyətə ölkənin birinci şəxsi tərəfindən münasibət bildirilməsi əhalinin narahatlığının aradan qaldırılması baxımdan zamanında və yerində atılmış addım oldu. Prezident İlham Əliyevin də dediyi kimi, ölkəmizdə müşahidə olunan bahalaşma qlobal prosesin bir hissəsidir, yəni, qiymətinin qalxması Azərbaycana bir növ idxal olunub. Lakin Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin zamanında atdığı strateji addımlar, xüsusən Rusiya ilə münasibətlərin böyük siyasi ustalıqla, zərgər dəqiqliyi ilə qurulması nəticəsində əsas qlobal böhran olan ərzaq qıtlığı, daha dəqiq desək, taxıl qıtlığını Azərbaycan əhalisi hiss etməyəcək.B.Məhərrəmov qeyd edib: “Yaşı 30-dan yuxarı olan hər kəs 1990-cı illərdə AXC-Müsavat cütlüyünün hakimiyyəti illərində əhalinin çörəklə necə sınağa çəkildiyini, çörək mağazaları qarşısında necə uzun növbələrin olduğunu yaxşı xatırlayır. Baxmayaraq ki, həmin illərdə qıtlıq lokal xarakter daşıyırdı və qlobal səviyyədə ərzaq qıtlığından söhbət getmirdi. İndi isə qlobal taxıl qıtlığı fonunda Azərbaycan məhz Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində bu problemlə üzləşməyəcək”.Dövlətimizin başçısının müsahibədə söylədiyi “Biz ənənəvi olaraq taxılı da, gübrəni də Rusiyadan alırıq. Rusiyalı tərəfdaşlarımızla əldə edilmiş razılaşmalar nəticəsində Azərbaycana istədiyimiz qədər həm gübrə, həm taxıl ixrac edilir və ediləcək” sözlərini sitat gətirən deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin bu açıqlaması, həmçinin Rusiya-Azərbaycan münasibətlərinin və strateji tərəfdaşlığının əsl mahiyyətini başa düşməyən, bu əlaqələrin milli maraqlara zidd olduğunu iddia edərək spekulyasiya ilə məşğul olanlara, sözün əsl mənasında, tərs sillə oldu. Dövlətimizin başçısı bir daha göstərdi ki, onun bütün siyasi gedişlərinin hədəfində xalqın və dövlətin maraqları dayanır.B.Məhərrəmov diqqətə çatdırıb ki, müsahibədə əhatə olunan ikinci vacib məsələ, “Qisas” əməliyyatı ətrafında müxtəlif lazımsız versiya və proqnozlara, habelə bəzi dairələrin manipulyasiya cəhdlərinə nöqtə qoyulması oldu. Azərbaycan Prezidenti əməliyyatı şəxsən dəyərləndirərək açıq şəkildə bəyan etdi: “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz”.Deputatın sözlərinə görə, bundan əvvəl də Prezident İlham Əliyevin Ermənistana xəbərdarlıqları olmuşdu, lakin nəticə çıxarılmadığı üçün onlara real vəziyyəti 44 günlük savaşda, daha sonra Fərruxda və Buzduxda güc yolu ilə başa salmalı olduq. Bu mənada, dünən Basqaldan verilən ali mesajın əsl mahiyyəti də bundan ibarətdir ki, əgər Ermənistan yolunu azacaqsa, cəza tədbirləri davam edəcək. Prezident İlham Əliyevin də dediyi kimi, qısamüddətli əməliyyat göstərdi ki, gücümüz yerindədir, sadəcə, biz müharibə istəmirik.Prezident İlham Əliyevin dəyərləndirməsində “Qisas”la bağlı ikinci mühüm məqam isə ondan ibarət oldu ki, dövlətimizin başçısı prosesi ölkənin daxili məsələsi kimi qiymətləndirərək cəza tədbirindən sonra müxtəlif bəyanat və digər təxribatlarla beynəlxalq aləmi çaşdırmaq istəyən qüvvələrin planlarını puç etdi və beynəlxalq hüququn “Dövlətlərin daxili işlərinə qarışmamaq” öhdəliyi çərçivəsində həmin tərəflərə beynəlxalq hüquq dərsi keçdi.

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər