
Siyasət
14.08.2022 / 17:13
“Tank biatlonu” müsabiqəsində komandalar normativləri yerinə yetiriblər
“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərinin Alabino poliqonunda keçirilən “Tank biatlonu” müsabiqəsində iştirakçı ölkələrin nümayəndələri texniki hazırlıq üzrə normativləri yerinə yetiriblər.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə iştirak edən hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların öhdəsindən bacarıqla gəliblər.Qeyd edək ki, “Tank biatlonu” müsabiqəsi cari ilin avqust ayının 27-dək davam edəcək.