BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, yeni-yeni nailiyyətlərə imza atır. Müstəqil dövlətimiz Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Bu yüksəliş regionlarımızı da əhatə edir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsinə, Qobustan və Ağsu rayonlarına səfərləri də bu reallığı təsdiqləyir.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.Deputat bildirib ki, ötən illər ərzində bölgələrimiz sosial-iqtisadi cəhətdən xeyli dərəcədə inkişaf edib. Eyni zamanda, regionlarda tarixi abidələrin bərpası, müasir standartlara cavab verən turizm obyektlərinin istifadəyə verilməsi qeyri-neft sektorunun inkişafında önəmli yer tutmaqdadır. Dövlətimizin başçısı səfəri zamanı Qobustan rayonu ərazisində yerləşən, yaşı 500 ildən çox olan “Diri Baba” türbəsini də ziyarət etdi. Bu tarixi abidə Qafqazda nadir abidələrdən biri kimi xalqımız tərəfindən həmişə müqəddəs yer kimi tanınır. Eyni zamanda, İsmayıllı rayonunun Basqal qəsəbəsi də tarixi məkanlarla zəngindir. Eləcə də, bu yaşayış yerinin həm tarixiliyi, həm də füsunkar təbiətə sahib olması onun turizm potensialından xəbər verir.Deputatın sözlərinə görə, Prezident İlham Əliyev Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsi zamanı regionlarımızın inkişafı, o cümlədən ərzaq təhlükəsizliyi məsələləri barədə ətraflı şəkildə fikirlərini ifadə etdi. Müsahibədə dövlətimizin başçısının “Qisas” əməliyyatı barədə fikirləri xüsusi vurğulanmalıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi, “Qisas” əməliyyatı bir daha Azərbaycanın gücünü, qüdrətini göstərdi. “Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Əfsuslar olsun ki, bu dəfə də onlara dərs verməli olduq”, - deyən dövlətimizin başçısı əgər yenə də buna oxşar təxribat törədilərsə, cavabın da eyni olacağını bildirdi. Çünki Azərbaycan öz ərazisində istənilən əməliyyatı həyata keçirmək hüququna sahibdir.Fatma Yıldırım qeyd edib ki, “Qisas” əməliyyatı ermənilərə qarşı cəza tədbiri idi və bununla şəhidimizin qisası alındı. Erməni tərəfi anlamalıdır ki, yenə də hərbi təxribatlar törətsə, daha sərt şəkildə cəzalandırılacaqlar və bizi heç bir qüvvə dayandıra bilməz. Ona görə də, Ermənistan üzərinə götürdüyü öhdəliklərinə əməl etməli, təxribatlara son qoymalıdır. Azərbaycanın sülh təklifi Ermənistan üçün son şansdır. Təbii ki, dövlətimizin başçısının bu kimi bəyanatları, xəbərdarlığı bir daha təsdiqləyir ki, ölkəmiz 30 il əvvəlki Azərbaycan deyil. Bu gün diktə edən tərəf qalib Azərbaycandır. Hazırda dünya gücləri yeni reallıqları qəbul edib. Ermənistan da bu reallıqları qəbul etməyə məcburdur. Əks təqdirdə, dəfələrlə bəyan edildiyi kimi, “Dəmir yumruq” yerindədir. Prezident İlham Əliyev müsahibəsində bu bəyanatı da səsləndirdi ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış ermənilər çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz.“Dövlətimizin başçısının “Bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur” fikirləri Ermənistana ciddi mesajdır. Qarabağ münaqişəsi tarixə qovuşub. Danışıqlar masasında hər hansı statusdan söhbət getmir və Qarabağ ermənilərinə heç bir status verilməyəcək. Onlar da digər Azərbaycan vətəndaşları kimi qanunlarımız çərçivəsində yaşamalıdırlar. Söhbət Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyindən getdiyi məqamda dövlətimiz təklif etdiyi sülh təklifində bu məqamı açıqlayır ki, onların hüquqları və təhlükəsizliyi Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Münasibətlərdə yeni səhifənin açılması Ermənistanın sülh danışıqlarına başlanması istiqamətində atacağı addıma bağlıdır. Prinsip etibarilə Ermənistanın yeni reallıqla barışması labüddür, çünki başqa yolu yoxdur. Qarabağda yaşayan ermənilərin gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Bundan əlavə, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı məsələni uzatmağa son qoymalı və konstruktiv mövqe nümayiş etdirməlidir. N.Paşinyan hakimiyyətinin başqa alternativi yoxdur”, - deyə deputat vurğulayıb.

 

 

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər