
Siyasət
14.08.2022 / 22:13
Azərbaycan ilə Türkiyənin sualtı hücum və müdafiə birgə təlimləri davam edir
Azərbaycanın və Türkiyənin sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqləri hər iki ölkədə davam edir.AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi tviter hesabında paylaşım edilib.Bildirilib ki, təlimlərdə sualtı hücum ilə axtarış-xilasetmə, yaşayış məhəllələrində döyüş, ipdən sürüşmə və sahilə hücum təlimləri icra olunub.