BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Mehriban Paşayeva: “İnanırıq ki, yeni təyin olunan icra başçıları regionlarda əhalinin sosial müdafiəsinin gücləndirlməsi istiqamətində aktiv fəaliyyət göstərəcəklər”

Hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirlən idarəetmə islahatlarını, xüsusən regionlara gənc icra başçıslarının təyin edilməsini ictimaiyyət nümayəndələri təqdir edirlər. Bununla bağlı Soydaş Sosial-Mədəni Əlaqələr İctimai Birliyinin sədri Mehriban Paşayeva öz fikirlərini saytımıza bildirib.

Mehriban Paşayeva deyib ki, çox müsbət haldır ki, gənc kadrların irəli çəkilməsi ilə dövlət idarəçiliyi sistemi daha da təkmilləşdirilir: “Dövlət idarəetmə sistemində davamlı islahatlar həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən, nəticədə ölkəmizi regionun liderinə çevirən daxili və xarici siyasətin ardıcıllığının təmin olunması istər dövlətimiz, istərsə də ayrı – ayrılıqda hər bir vətəndaşımızın maraqlarına tamamilə cavab verir. Bu, ümumilikdə cəmiyyət üçün taleyüklü olduğu qədər, mütərəqqi əhəmiyyət daşıyır.
Bu məsələnin aktuallığı ona görə diqqəti çəkir ki, Azərbaycan dövlətinin, məhz son bir neçə ildə iqtisadi, siyasi inkişafı gündən – günə artıb. Nəticədə isə ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib. Əgər bir neçə illər əvvəl Azərbaycan yalnız regionda söz sahibi idisə, indi artıq dövlətimiz Avropanın enerji təminatçısı kimi qəbul edilir”.
Mehriban Paşayeva bildirib ki, son illərdə Prezident İlham Əliyevin daxili siyasətindəki əsas istiqamət ölkə vətəndaşlarının sosial vəziyyətini yaxşılaşdırmaqdır: “Ən başlıcası isə Azərbaycanda iqtisadi inkişafla bərabər, siyasi təsisatların da inkişafı davam edir. Ölkəmizdə demokratik cəmiyyətin qurulması üçün Prezident İlham Əliyev tərəfindən əhəmiyyətli addımlar atılıb, islahatlar aparılıb. Ordu quruculuğu istiqamətində davamlı işlər aparılır. Bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsində şanlı qələbə qazandıq. Xüsusən Qarabağ probleminin həlli Prezident İlham Əliyevin çevik və müdrik diplomatiyasının təntənəsidir. Bütün bu inkişafı və uğurları görəndə Azərbaycan xalqı özünün lider seçimində yanılmadığını görürük”.

Mehriban Paşayeva bildirib ki, Prezident İlham Əliyev yeni kadrları təyin edən zaman onlarla görüşür, tapşırıq və tövsiyələrini də verir: “Bu, yeni təyin edilən icra başçıslarının məsuliyyətini daha da artırır. Bu yaxınlarda Prezident İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl, Orxan Mürsəlovu Gədəbəy rayon icra hakimiyyətlərinin başçısı təyin edib. Dövlət başçısı İlham Əliyev iyulun 25-də Masallı, Lerik və Göygöl rayonlarının bu yeni icra hakimiyyətlərinin başçılarını qəbul edərkən bir daha diqqəti qəbul olunmuş Dövlət proqramlarının nəticələrinə yönəldib. Dövlət başçısı  bildirib ki, son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülür, böyük infrastruktur layihələri icra edilir və insanları narahat edən məsələlər öz həllini tapır. Regionlarda yeni iş yerlərinin yaradılmasında köhnə müəssisələrin yenidən qurulmasının mühüm əhəmiyyəti var. Ümumiyyətlə, ölkənin uzunmüddətli iqtisadi və sosial inkişafını təmin etmək üçün investisiya siyasəti mühüm adətlərdən biridir. Ölkədə sosial siyasətin başlıca məqsədi əhalinin, o cümlədən regionlarda yaşayan vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir. Sosial müdafiəyə ehtiyacı olan şəxslərin həyat şəraitinin yaxşılaşdırılması və ümumilikdə ölkədə yoxsulluq səviyyəsinin azaldılması dövlətin prioritetidir. İnanırıq ki, yeni təyin olunan icra başçıları regionlarda əhalinin sosial müdafiəsinin gücləndirlməsi, şəhid ailələri, aztəminatlı əhali qrupları ilə işin aparılması istiqamətində aktiv fəaliyyət göstərəcəklər. Yeni icra başçılarına gələcək işlərində uğurlar arzulayırıq. Ulu öndər Heydər Əliyevin, cənab Prezident İlham Əliyevin apardığı siyasi kursa uyğun fəaliyyət göstərmək hər bir soydaşımızın amalıdır”.

 

 

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər