BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Son illər dövlətləri narahat edən, onların qarşısında təhdid kimi duran məsələlərdən biri əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bu təhdidləri yaradan, onlara səbəb olan bir sıra amillər vardır Son bir neçə ildə koronavirus pandemiyasının bütün sahələrdə yaratdığı çətinliklər aqrar sahədən də yan ötüşməmiş, məhsul istehsalında, həm də məhsulun daşınmasında, həm də logistika baxımından bir çox çətinliklər yaratmışdır. Bu da ölkələrin kənd təsərrüfatı məhsulu ilə özünütəminetməsində bir sıra çətinliklərə gətirib çıxarmış və bununla əlaqədar bir sıra dövlətlər tərəfindən ərzaq məhsullarının ixracına müəyyən məhdudiyyətlər və qadağala qoyulmuşdur. Bundan başqa, digər səbəblərdən biri də regionda baş verən konfliktlərlə bağlıdır. Münaqişə məhsulun istehsalına mənfi təsir göstərir, o cümlədən məhsulun həmin ölkələrdən çıxarılması, digər ölkələrə çatdırılması, dövlətlərin ərzaq təhlükəsizliyinin təminatında çətinliklər yaradırƏrzaq təhlükəsizliyi hər bir ölkənin müstəqil siyasət yürütməsi, söz sahibi kimi öz hüquqlarını tələb etməsi, hər hansı problemin həllində vahid mövqe sərgiləməsi deməkdir. Bu baxımdan Azərbaycan ən üstün mövqedə olan ölkələr sırasındadır. Belə ki, respublikamızda iqtisadi, siyasi və ekoloji təhlükəsizliyin əsas elementi olan ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı çox mühüm addımlar atılır.

Ərzaq təhlükəsizlyinin əsas elementi ölkənin milli ərzaq sisteminin iqtisadi baxımından müstəqilliyidir. Bu gün ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün strateji məhsullar arasında mühüm yeri tutan taxıl istehsalının artırılması istiqamətində mühüm addımlar atılır. İlk növbədə məhsuldarlığın artmasına xidmət edən iri taxılçılıq təsərrüfatları yaradılır.Təbii ki, bütün bunlar həm ölkəmizin özünütəminatına, həm də xaricdən idxala yönələn maliyyə sərfinin azalmasına ciddi təsir edir. Bu sahədə atılan addımlar bir daha təsdiq edir ki, dövlətin əsas siyasəti idxaldan asılılığı azaltmaq, ərzaq bolluğu yaradaraq ixrac potensialına münbit şərait yaratmağa yönəlib.Prezident İlham Əliyevin ərzaq təhlükəsizliyi ilə bağlı məsələyə daim prioritet istiqamət kimi yanaşması və buna görə də müsbət göstəricilərin əldə edilməsi sayəsində son illər ərzində nüfuzlu beynəlxalq qurum­ların hesabatlarında Azərbaycanın ərzaq təhlükəsizliyi göstəricisi əsaslı şəkildə yüksəlib. Bu baxımdan “The Economist Group” tərəfindən hazır­lanan “Qlobal ərzaq təhlükəsizliyi indeksi”nə diqqət yetirmək kifayətdir. Bu hesabata əsasən son 7 il ərzində Azərbaycanın ümumi ərzaq təhlükəsizliyi indeksində ardıcıl şəkildə yüksəlmə müşahidə olu­nub. Hesabata görə, bu yüksəliş 7 il ərzində 12,7 faiz bəndi təşkil edib.Respublikamızda yaradılan aqroparklar ərzaq təhlükəsizliyinin təminatı üçün atılan addımlardan birinə çevrilib. Kənd təsərrüfatı istehsalının qeyri- kənd təsərrüfatı fəaliyyətləri ilə vahid istehsal məkanında birləşməsinə zəmin yaradan aqroparklar artıq ölkə iqtisadiyyatında ən səmərəli iqtisadi model kimi öz yerini möhkəmləndirib.

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər