BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Mediada və sosial şəbəkələrdə ötən əsrin 80-ci illərinin sonlarında Ermənistan tərəfindən aparılan etnik təmizləmə siyasəti nəticəsində tarixi torpaqlarından qaçqın düşmüş soydaşlarımızın statusu ətrafında müzakirələr intensivləşib. Məlumdur ki, hazırkı Ermənistan Respublikası Azərbaycanın tarixi ərazisində yaradılıb. Həmin dövrdən başlayaraq azərbaycanlılar sistemli şəkildə vətənlərindən didərgin salınıb. Etnik təmizləmə siyasətinin sonuncu mərhələsi ötən əsrin sonlarına – ermənilərin Qarabağ iddiasının baş qaldırdığı dövrə təsadüf edir. 1980-ci illərin sonlarında 200 min azərbaycanlı ovaxtkı Ermənistan SSR-dəki doğma obasından qovularaq qaçqın düşüb”.Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib. O qeyd edib ki, bu proses minlərlə azərbaycanlı ailəsi üçün şəxsi faciə olmaqla yanaşı, həm beynəlxalq birlik tərəfindən qiyməti verilməli olan cinayət, həm də tarixi ədalətsizlikdir:“2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızı azad etdik. Bu günlərdə həyata keçirilən “Qisas” əməliyyatı ilə dirçəlməyə cəhd edən erməni separatizminin başını bir daha əzdik. Bir neçə gündən sonra isə Laçın şəhəri və rayonun ərazisindən keçən yol nəzarətimizdə olacaq. Ermənilər artıq başa düşüblər ki, onların bu torpaqlarda qalıb yaşamaları üçün Azərbaycan vətəndaşı olmaqdan savayı yolları qalmayıb. Başqa sözlə, qalan şəhər və kəndlərimizdə də tezliklə bayrağımız dalğalanacaq. Ancaq biz bununla kifayətlənməməliyik. Biz Ermənistan ərazisindən zorla qovulmuş soydaşlarımızın doğma yurd-yuvalarına qayıtmalarına nail olmalıyıq. Bunun üçün əlimizdə kifayət qədər faktlarımız və dəlil-sübutlarımız var.Azərbaycanlılara qarşı sonuncu etnik təmizləmə cəmi 34 il bundan qabaq baş verib. Sənədlər, şahidlər, videokadrlar var. 200 min azərbaycanlı evindən-eşiyindən zorla, təhdid altında qovulub. XXI əsrdə yaşayırıq. Bu, etnik təmizləmə deyil, nədir? Ermənistan SSR-in varisi olan müasir Ermənistan Respublikası cavab verməlidir. Ya soydaşlarımız torpaqlarına qayıtmalıdırlar, ya da Ermənistan beynəlxalq birlik qarşısında cavab verməlidir”.Millət vəkilinin sözlərinə görə, bu mövzu ətrafında müzakirələr artıq Ermənistanın özündə də başlayıb:“Ermənilər anlamağa başlayıblar ki, Azərbaycan tək Qarabağla kifayətlənməyəcək. Bu, onların qorxulu yuxusudur. Ermənilərin praqmatik kəsimi anlayır ki, Azərbaycana qarşı ərazi iddiasında olmaqla tarixi səhvə yol veriblər. İndi geosiyasi vəziyyət dəyişib və şərtləri Azərbaycan diktə edir. Ona görə də onlar anlayırlar ki, bu vəziyyətin sabahı da var. Yəni proses başlayıbsa, dayanmayacaq. Azərbaycanın bu məqsədini həyata keçirməsi üçün əlində bütün imkanları var, ermənilərin isə bu prosesə müqavimət göstərmək üçün heç bir taqəti yoxdur.  Biz qalib ölkəyik. Qarşımızda duran ən müqəddəs missiya tarixi ədaləti bərpa etməkdir. Güclü ordumuz, rəqabətədavamlı iqtisadiyyatımız var. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, biz tarixi torpaqlarımıza dönəcəyik. Qərbi Zəngəzura, Göyçəyə, İrəvana qayıtmağımız sadəcə zaman məsələsidir. Bu yoldan bizi heç kim döndərə bilməz. Biz azərbaycanlılar indiki Ermənistanın hər yerində olmuşuq. Oralar bizim doğma yurdumuzdur, böyüklərimizin məzarları bizi gözləyir. Bu problem heç bir halda gündəmimizdən düşməməlidir”.

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər