BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Qobustan rayonunda “Diri Baba” türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış oldular. Prezidentin bölgələrə səfərləri müntəzəm xarakter daşıyır. Bu səfərlər həm yerlərdə vəziyyətlə tanış olmaq, həm də əlavə göstərişlərin verilməsi üçün çox əhəmiyyətlidir. Deyə bilərəm ki, ölkədə gedən bütün quruculuq işlərinə şəxsən cənab Prezident özü nəzarət edir. Elə bu səbəbdən də son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət alıb.Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.“Səfər çərçivəsində ölkə başçısı yaxın günlərdə baş tutan “Qisas” əməliyyatına da toxundu. Prezidentin də qeyd etdiyi kimi, bu əməliyyat kiçik bir xəbərdarlıq idi. Hər kəs gördü ki, şəhidimizin qanı yerdə qalmadı. Revanşist xülyasına düşən erməni terrorçularının bundan dərs çıxaracaqlarına əminəm. Bundan sonra Ermənistan hökuməti daha məsuliyyətli olmalı, sülh prosesini uzatmamalıdır. Mən düşünürəm ki, hər iki xalqı ən çox düşündürən məsələlərdən ən önəmlisi, bəlkə də elə birincisi Qarabağdakı ermənilərin statusu məsələsi idi. Bundan həm Azərbaycan cəmiyyəti, həm də Qarabağdakı ermənilər narahat idi. Ölkə başçısı bu məsələyə bir dəfəlik son qoydu. Prezidentin Basqal səfərindəki açıqlamaları bütün sualların bir növ cavabı idi. Ölkə başçısının da qeyd etdiyi kimi, Qarabağdakı erməni sakinləri də Azərbaycan vətəndaşı olacaq və bu, onlar üçün əslində bir şansdır. İnteqrasiya, inkişaf etmək istəyirlərsə, bunu mütləq dəyərləndirməlidirlər. Prezident İlham Əliyevin statusla bağlı söylədikləri təkcə Ermənistan üçün deyil, status xülyasına düşmüş himayədarları üçün də bir mesaj idi. Hazırda Azərbaycanın tələbi ilə Laçın şəhərinin, Sus, Zabux kəndləri boşaldılır. Qarşı tərəf buna nə qədər mane olmağa çalışsa da, nail ola bilmədi, nəhayət ki doğma torpaqlarına qayıdışı səbirsizliklə gözləyən növbəti Qarabağ sakinləri öz yurdlarına qovuşacaqlar. Dövlətimizin başçısının uzaqgörən və qətiyyətli siyasəti nəticəsində tezliklə bütün Qarabağ sakinləri doğma yurdlarında məskunlaşa biləcəklər”, - deyə deputat vurğulayıb.

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər