
Siyasət
17.08.2022 / 12:59
“Snayper həddi” beynəlxalq müsabiqəsinin ilk çalışması icra olunub
“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində İranın Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsində plana uyğun birinci mərhələnin ilk çalışması icra edilib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, atışlar zamanı bütün təhlükəsizlik qaydalarına ciddi riayət olunub.Snayperlərimiz təyin olunmuş vaxt ərzində 300-600 metr məsafədə yerləşən üç hədəfə atəş açmaq üzrə çalışmanı bacarıqla yerinə yetiriblər.