BAKU Azərbaycan
5.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində AzTV-yə verdiyi müsahibə, həmin müsahibədəki önəmli mesajlar gündəmin əsas mövzusu olmaqda davam edir. Son illər təkcə işğaldan azad olunmuş bölgələrimiz, sərhədyanı rayonlarımız və böyük şəhərlərimiz deyil, ümumilikdə bütün bölgələrimizdə intensiv quruculuq-abadlıq işləri geniş vüsət alıb. Prezidentin bölgələrə səfərləri də ardıcıl xarakter daşıyır. Bölgələrimizdə aparılan sürətli və keyfiyyətli işlər dövlətimizin başçısının şəxsi nəzarətində altındadır. İstər yolların tikintisi, istərsə də elektrik enerjisi, su, qaz təchizatı ilə bağlı çox böyük layihələr icra edilib. İsmayıllıda qazlaşdırma 80 faizdən çox, Ağsuda isə 100 faizə yaxındır. Bu iki qonşu rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunub və keyfiyyətli, daimi elektrik enerjisi ilə təchizat tam təmin edilib. Kənd yollarının (eləcə də, İsmayıllı-Muğanlı yolunun yeni bölümündə) yenidən qurulması işləri davam etdirilir. Bundan əlavə, iş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilib.Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Qənirə Paşayeva deyib.Deputatın sözlərinə görə, dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ziyarət etdikləri “Diri Baba” türbəsi bütün Qafqazlarda nadir abidələrdəndir. Yaşı 500 ildən çox olan bu müqəddəs ocaq yüz illərdir xalqımızın ziyarət yeri kimi tanınıb. “Diri Baba”nın İslam inanc turizmi xəritəsində bundan sonra daha geniş şəkildə təbliğ olunacağına inanırıq.Milli Məclisin deputatı, həmçinin bildirib ki, Basqal yalnız İsmayıllının və Şirvan bölgəsinin deyil, ümumilikdə ölkəmizin qədim yaşayış yerlərindən biridir. Dövlətimizin başçısının dediyi kimi, əlbəttə, Basqalın tarixi siması qorunmalıdır, amma, eyni zamanda, çağdaş standartlara, çağırış və tələblərə cavab verməlidir. Yəni Basqalın sakinləri üçün daha yaxşı yaşam, iş və istirahət ortamı yaradılmalı, iş yerlərinin açılması üçün yeni imkanlar olmalıdır. Məsələn, qəsəbədə 179 otaqlı yeni hotelin açılışı bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək. Bu hoteldə bir qəsəbə üçün az sayılmayacaq qədər – 300-ə yaxın iş yeri açılır və işə cəlb olunanlar da məhz yerli sakinlərdir. Basqalın yaxın aylardan etibarən yeni turist dalğası ilə üzləşəcəyinə şübhə etmirik.“Vurğuladığımız kimi, təkcə işğaldan azad edilmiş bölgələrimiz deyil, bütün ölkə ümumi proqram, qəbul edilmiş konsepsiya, başqa sözlə, dövlət strategiyası üzrə inkişaf edir. İşğaldan azad edilmiş bölgələrimizin ölkə iqtisadiyyatına yenidən qazandırılması çox önəmli hadisədir. Dövlətimizin başçısı Basqalda Azərbaycan Televiziyasına müsahibəsində bu barədə ətraflı danışdı. Yalnız onu deyə bilərik ki, işğaldan azad olunmuş bölgələrimizdə istehsal edilən xalis balın ümumi çəkisi artıq ixrac mövzusunu gündəmə gətirib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında heyvandarlıq, quşçuluq, taxılçılıq, meyvəçilik və digər fəaliyyət sahələrinin çox böyük potensialı var. Artıq önəmli işlər görülüb və məhsul, bar-bəhər mövsümü yetişir. Deyə bilərik ki, bu bölgələrimizdə infrastruktur layihələri icra edildikdən sonra oralar bütövlükdə Qafqazların cazibə mərkəzinə çevriləcəkdir”, - deyə Milli Məclisin deputatı qeyd edib.Azərbaycan Ordusunun həyata keçirdiyi “Qisas” əməliyyatına toxunan Qənirə Paşayeva diqqətə çatdırıb ki, bu, Ermənistana dərs olmalıdır. Sülhdən anlamayanlar müharibənin, qisasın, intiqamın hesabına qatlanmalıdır. Bəli, biz yeni müharibə istəmirik. Bəli, biz sülhə hazır və sadiqik. Amma sülh birtərəfli olmur, qarşı tərəf buna tam hazır ola bilmirsə, heç olmasa, istək nümayiş etdirməlidir. Əks təqdirdə, “sülhə məcburetmə” deyə bir anlam var. Müharibəsiz, təxribatsız həyatı təsəvvür etməyənlərə onu xatırlatmaq məcburiyyətində qalacağıq.

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər