
19.08.2022 / 18:26
Prezident Argentinaya yeni səfir təyin etdi
Prezident İlham Əliyev Argentinaya yeni səfir təyin edib.
“Xeber 7" məlumat verir ki, bu barədə Prezident müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Rəmzi Kazım oğlu Teymurov Koreya Respublikasında və eyni zamanda Monqolustanda fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılaraq Azərbaycan Respublikasının Argentinada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.