BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Avqustun 19-da Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Küveyt Dövlətinin ölkəmizə yeni təyin olunmuş səfiri Abdullah Məhəmməd Almauidi ilə görüşüb.Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, E.Məmmədov səfiri yeni təyinatı münasibətilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və Küveytin ortaq mədəni və dini köklərlə bağlı olduqlarını diqqətə çatdıran nazir müavini ölkələrimiz arasında beynəlxalq təsisatlar, o cümlədən İslam Əməkdaşlığı Təşkilatı (İƏT), BMT və Qoşulmama Hərəkatı (QH) çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğunu bildirib.Nazir müavini ikitərəfli əlaqələrin inkişaf etdirilməsində yüksək səviyyəli səfərlərin, eləcə də parlamentlərarası əlaqələrin məxsusi rolunu vurğulayıb. O, iqtisadi sahədə əməkdaşlığa toxunaraq, son dövrlər iki ölkə arasında ticarət dövriyyəsinin həcmində müşahidə olunan artımın sevindirici hal olduğunu bildirib, bu istiqamətdə münasibətlərin inkişafı üçün Hökumətlərarası Birgə Komissiyanın əlverişli mexanizm olduğunu diqqətə çatdırıb.Nazir müavini, həmçinin Vətən müharibəsi və ərazilərimizin işğaldan azad olunması barədə həmsöhbətini məlumatlandıraraq, hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri barədə danışıb.Öz növbəsində səfir A.Almauid görüşə görə təşəkkürünü bildirib. O, dost və qardaş Azərbaycan ilə münasibətlərin bütün sahələrdə, o cümlədən siyasət, iqtisadiyyat, ticarət və turizm sahələrində inkişafında maraqlı olduqlarını qeyd edərək, fəaliyyət dövrü ərzində ikitərəfli əlaqələrin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.Görüşün sonunda səfir Abdullah Məhəmməd Almauid etimadnaməsinin surətini xarici işlər nazirinin müavini Elnur Məmmədova təqdim edib.

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər