
Siyasət
21.08.2022 / 14:54
Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktaya başsağlığı verib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş nazir Ə.Əsədov Türkiyənin Qaziantep və Mardin vilayətlərində ağır yol-nəqliyyat hadisələri nəticəsində çoxsaylı insan ölümü və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib. Bu ağır faciə ilə əlaqədar Türkiyənin vitse-prezidenti F.Oktaya, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.