
Siyasət
22.08.2022 / 08:38
Serbiya-Azərbaycan dostluğu xalqlarımız arasında qarşılıqlı hörmətə əsaslanır
Serbiya Xarici İşlər Nazirliyi rəsmi tviter səhifəsində Azərbaycan ilə Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə paylaşım edib.AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir:“Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü - əlamətdar yubiley münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq. Serbiya-Azərbaycan dostluğu xalqlarımız arasında qarşılıqlı inam və hörmətə əsaslanır”.