BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Hazırda Azərbaycanda rəqabətədavamlı gənc kadrlar formalaşdırmaqdadır. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi kadr islahatlarının bariz nümunəsidir. Çünki biz müşahidə edirik ki, günü-gündən ölkənin gənc kadr potensialı gücləndirilir”. Bu fikirləri saytımıza Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli bildirib.O deyib ki, dövlət idarəetmə sistemində ölkə başçısı tərəfindən gənc kadrlara yüksək etimad göstərilir: “Prezident İlham Əliyevin davamlı olaraq məmurlara tapşırıq və tövsiyələr verməsi, idarəetmdə kadr islahatının önəmli cəhətidir. Bu yaxınlarda Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarının yeni icra hakimiyyəti başçılarını qəbul edərkən çox ciddi tapşırıqlar verdi. Ölkə başçısı qeyd etdi ki, idarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır: “Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər. Ona görə siz dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlisiniz”.Cənab Prezidentin bildirdiyi kimi, son vaxtlar ölkəmizdə gedən çoxşaxəli islahatlar, o cümlədən idarəetmə sahəsində aparılan islahatlar, həmçinin kadr islahatları bütün Azərbaycan ictimaiyyətinə bizim siyasətimizi göstərir, bizim niyyətimizi göstərir. Diqqət çəkən məqam odur ki, cəmiyyət tərəfindən dövlətin bu addımları, cənab Prezidentin kadr islahatları təqdir olunur”.Asif Əsgərlinin fikrincə, artıq ölkədə müxtəlif sferaların inkişafında gənclər aktivlik göstərirlər: “Cənab Prezident dəfələrlə çıxşılarında gənc kadrlara olan inam və etimadını açıq şəkildə bildirib. Kadr seçimində bu yanaşma təbii seçmə üsulu ilə aparılır. Bütün bunlar düşünülmüş və dövrün çağırışlarından irəli gəlir. Əlbəttə ki, aparılan kadr islahatları, gənclərin önə çəkilməsi perspektiv planları özündə əks etdirir.Ölkəmizdə idarəetmə sahəsində çox ciddi islahatların aparılması xüsusən regionlarda problemlərin həllini sürətləndirəcək. Artıq hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunur. Elə dövlətimizin həyata keçirdiyi siyasətin məqsədi də bundan ibarətdir. Bu gün vəzifə səlahiyyətlərini aşan və qanunsuz işlər görən məmurlara qarşı dövlət tərəfindən sərt davranış göstərilir. Qanunsuz işlərlə məşğul olmaq istəyənlər anındaca cəzalandırılır”. Politoloqun sözlərinə görə, müasir düşüncəli yeni kadrlara vəzifələrin verilməsi cəmiyyətin dövlətə və Prezidentə inamını daha da artırır: “Bu yenilənmə prosesi məmur-vətəndaş münasibətlərini də dəyişib. Yeni kadrlar kabinetlərdə deyil, cəmiyyət arasında, səyyari qəbullarda daha çox görünürlər. Ölkə başçısının kadr islahatlarının əsas mahiyyəti məmurlara cəmiyyətin inamını artmasıdır. İnanırıq ki, Cənab Prezidentin idarətemə sistemində bu islahatları Azərbaycanın dayanıqlı inkişafına böyük təkan verəcək”.

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər