BAKU Azərbaycan
5.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Azərbaycan yüksək keyfiyyətlə və qısa müddətdə Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisini başa çatdırdı. Bu da dövlətimiz tərəfindən götürülmüş öhdəliklərin, o cümlədən üçtərəfli Bəyanatın icrasına yanaşmanın bariz nümunəsidir. Yeni yolun tikintisi ilə birlikdə Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması bu ərazilərdən didərgin salınmış on minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdış hüququnun təmin olunmasına şərait yaradır. Bu proses də ümumilikdə münaqişədən sonrakı normallaşma üçün mühüm addım olacaq.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov söyləyib.Deputat qeyd edib ki, yeni yolun inşası ilə bağlı Azərbaycan tərəfindən ardıcıl və sürətli addımlar atıldığı halda, Ermənistanın ərazisindən keçən hissənin tikintisinin vaxtının uzadılması bu ölkənin öz öhdəliklərinin icrasına necə yanaşdığını göstərir. Azərbaycan isə hər zamankı kimi konstruktivlik nümayiş etdirir.Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolu öz növbəsində erməni əhalisinin yeni marşrutdan problemsiz istifadəsinə imkan yaradacaq. Göründüyü kimi, bir tərəfdə Azərbaycan öz öhdəliklərinə məsuliyyətlə yanaşaraq münasibətlərin normallaşması, sülhün və əmin-amanlığın təminatı üçün addımlar atır. Bunun əksinə olaraq, Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişə süni maneələr yaradır. Belə ki, Ermənistan üçtərəfli Bəyanatdan irəli gələn öhdəliyin icrasından boyun qaçırmaqda davam edir.“Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi zamanı yerli erməni əhali ilə azərbaycanlıların təmasları olub. İnşaat prosesinin mühüm bir hissəsi isə Rusiya sülhməramlı kontingentinin müşayiəti olmadan aparılıb ki, bu da azərbaycanlı və erməni əhali arasında birbaşa təmasın və birgə fəaliyyətin mümkünlüyünü nümayiş etdirir. Yerli erməni əhalisi yeni yolun fəaliyyətə başlamasına razı olduğu təqdirdə, məhz Ermənistan hökuməti növbəti ilin sonuna qədər bunu təxirə salmaq üçün cəhdlər göstərirdi”, - deyə M. Cəfərov vurğulayıb.O əlavə edib ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun fəaliyyətə başlaması ilə Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması, ilk növbədə, beynəlxalq hüququn, ədalətin bərpasıdır. Eyni zamanda, Azərbaycan Ermənistanın işğalı nəticəsində didərgin salınmış on minlərlə məcburi köçkünün tezliklə öz doğma yurdlarına qaytarılmasını reallaşdıracaq.Laçın şəhəri, Zabux və Sus kəndlərində işğal dövründə qanunsuz məskunlaşmanın aparılması Ermənistanın müharibə cinayətlərinin növbəti təzahürüdür. Həmçinin qanunsuz məskunlaşdırma Cenevrə Konvensiyalarının ciddi pozuntusu, müharibə cinayəti olmaqla bərabər, Ermənistan üçün beynəlxalq hüquqi məsuliyyət yaradır. Biz bütün beynəlxalq təşkilat və qurumlardan Ermənistanın bu addımlarına qarşı bəyanatlarla çıxış etməsini gözləyirik. Çünki Ermənistanın bu əməlləri hər şeydən əvvəl dünyanın demokratik ölkələri tərəfindən qəbul olunmuş beynəlxalq hüquqi statusa malik olan konvensiyaların pozulması, heçə sayılması deməkdir.

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər