BAKU Azərbaycan
5.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Avqustun 23-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Laçın: Postmünaqişə dövrünün yeni mərhələsi” adlı dəyirmi masa keçirilib.AZƏRTAC xəbər verir ki, mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev artıq Laçın şəhərinə nəzarətin Azərbaycana keçdiyini deyib. O bildirib ki, 1992-ci ilin mayında Şuşa və Laçının işğalı böyük faciə idi. Laçının statusu həmişə danışıqlar zamanı xüsusi yer tuturdu. Minsk qrupu çərçivəsində də Laçın məsələsi ayrı bir maddə kimi müzakirə olunurdu. Artıq Minsk qrupu fəaliyyət göstərmir, amma vaxtaşırı beynəlxalq ekspertlər Laçın məsələsini gündəmə gətirirdilər. Bu gün təşkil olunan dəyirmi masada müzakirələrlə buna aydınlıq gətirmək istəyirik.BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərova Laçının strateji cəhətdən önəmini qeyd edib. Diqqətə çatdırılıb ki, Ermənistan üçtərəfli Bəyanatdakı öhdəlikləri yerinə yetirməkdən yayınır. Ancaq Laçın şəhəri, Zabux və Sus kəndlərində yaşayanların mütləq əksəriyyəti Yaxın Şərq ölkələrindən gətirilmiş ermənilərdir, onlar bu torpaqları tərk etməlidirlər.BMTM-in aparıcı məsləhətçisi Mətin Məmmədli nəzərə çatdırıb ki, Laçın Qarabağın qapısıdır. Laçın şəhəri hər zaman Azərbaycanın tarixi ərazisi olub. Laçındakı toponimlər də təsdiq edir ki, bu ərazilər etno-mədəni baxımından bizə məxsus olub.Ermənilər sovetlər dövründə də Qarabağla Ermənistan arasında maneə saydıqları Laçının statusunu ləğv etməyə çalışıb, buna nail ola bilməyiblər. Bu günlərdə Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ümumən Cənubi Qafqazda təhlükəsizlik mühitinə böyük töhfə verəcək.Politoloq Zaur Məmmədov ermənilərin əsrlərdir ki, Laçını ələ keçirməyə çalışdıqlarını söyləyib. Politoloq qeyd edib ki, Laçın rayonunun Azərbaycana qaytarılmasına dair öhdəlik üçtərəfli Bəyanatda əksini tapıb. 1994-cü ildən sonrakı dövrlərdə aparılan sülh danışıqlarında da, həmçinin Laçın xüsusi yer tuturdu.Tədbir müzakirələrlə davam etdirilib.

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər