BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Laçın dəhlizi üçün yeni yolun tikintisi 10 noyabr birgə Bəyanatına əsasən reallaşdırılır. Bu səbəbdən də erməni tərəfinin hansısa iddialarının əsası yoxdur. Ermənistanda müəyyən dairələrin prosesə müqavimət göstərmək cəhdi iflasa uğrayıb.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.Deputat bildirib ki, artıq Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış ermənilər həmin əraziləri tərk edirlər. Təəssüf ki, bu proses zamanı da biz erməni vandalizminin, yəni evlərin, meşələrin yandırılmasının şahidi oluruq. Bu faktlar təbiətimizə, ekologiyamıza vurulan zərbələrdir.Deputatın sözlərinə görə, həmin ərazilərə xaricdən ermənilər qanunsuz olaraq köçürülüb ki, bu da beynəlxalq cinayətdir. Ona görə də, tarixi torpaqlarımızda qanunsuz məskunlaşdırılmış ermənilər tam şəkildə çıxmalıdır. Eyni zamanda, erməni tərəfi bu cinayətə görə cavab verməlidir. Bundan əlavə, kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan mövqeyində qətiyyətlidir. Tezliklə, Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə qaytarılacaq."Bunun nəticəsində də, həmin ərazilərdən məcburi köçkün vəziyyətinə düşmüş insanlar doğma yurdlarına qayıdacaqlar. Prezidentimiz, dövlətimiz milli maraqlarımıza xidmət edən siyasət həyata keçirir və bu siyasətin uğurlu nəticələrinə hər birimiz şahid oluruq. Digər tərəfdən, Ermənistan da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, Zəngəzur dəhlizinin reallaşmasına əngəl törətməməlidir. Rəsmi İrəvan anlamalıdır ki, bu dəhlizin reallaşması ermənilər üçün də faydalıdır. Çünki o yalnız bunun sayəsində sosial-iqtisadi baxımdan dividendlər qazanacaq. Digər tərəfdən isə Azərbaycan bu dəhlizin açılmasında qətiyyətlidir və öz mövqeyində 10 noyabr razılaşmasına istinad edir", - deyə Fatma Yıldırım vurğulayıb.

 

 

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər