BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

Böyük şairimiz Səməd Vurğun yazırdı: “Adın şərəflidir, sənin ey, qadın!” Bəli, bu gün Mehriban xanım şərəfli Azərbaycan qadını adını bütün dünyaya yayır. İctimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanımın nəzərindən kənarda qalsın. Xalqın sosial-mədəni həyatında, səhiyyənin, təhsilin, idmanın inkişafında onun xidmətləri misilsizdir. Uşaqlara şəfqət, mərhəmət göstərilməsi, ailəyə, vətənə bağlılıq duyğuları aşılamaq onların tərbiyəsi, sağlam böyüməsi, böyüklərin sevgisi ilə əhatə olunması, gənclərin kamil bir vətəndaş kimi yetişməsi, onları vətənpərvər ruhda tərbiyə etmək – bütün bunlar Mehriban Əliyevanın daim diqqət mərkəzində olmuşdur. Fəaliyyətinin bütün dövrlərində bir amala xidmət edən Mehriban xanım qeyd edir di ki, “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz kiçik də olsa öz töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır... Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”. Birinci-vitse Prezident yalnız ictimai-siyasi xadim kimi çoxsahəli fəaliyyəti ilə xalqımızın hörmətini qazanmışdır. Mehriban Əliyeva bütün xarici səfərlərində, keçirdiyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsini, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərində maddi-mədəniyyət abidələrini vəhşicəsinə dağıtmasını diqqət mərkəzində saxlayır, xoşməramlı səfir kimi bəşəriyyəti dialoqa və qarşılıqlı anlaşmaya çağırır. Dinlərarası və sivilizasiyalararası dialoqa töhfələri, milli mənəvi dəyərlərə ehtiramı ilə birinci xanım həm də yeni minillikdə qədim dəyərlərin hamisidir. Sivilizasiyalararası dialoqda gənclərin, elm və mədəniyyət xadimlərinin roluna hər zaman önəm verən Heydər Əliyev Fondunun prezidenti Azərbaycanda bu mövzularda beynəlxalq konfranslar, forumlar, sammitlər, simpozium və festivallar təşkil edir. Bütün dünyada Azərbaycan xanımlarını ləyaqətlə təmsil edən Mehriban xanım müasir, tolerant, eyni zamanda ailəyə bağlı azərbaycanlı qadının simvoludur, liderlik və qadınlıq onun şəxsiyyətində ahəngdar bir vəhdət təşkil edir. O, tarixdə yaşamış vətənpərvər, maarifpərvər qadınlarımızın örnək olan həyatını öz fəaliyyətində yeni keyfiyyətdə, həm də ləyaqətlə davam etdirir. O, ictimai düşüncədə “bir çox sosial problemləri yalnız dövlət həll etməlidir” kimi stereotipi dəyişdirməyə nail oldu. Mən bu məsələni nə üçün səsləndirirəm? Ona görə ki, illərdir insanlar “bu mənim işim deyil, bunu üçün xüsusi qurum var, onlar etsin” fikri ilə yaşayırdılar, sosial və mənəvi məsuliyyət hissindən uzaq idilər. Lakin Mehriban xanım insanlarda bu yanaşmanı dəyişdirə bildi və ictimai işlərdə fəal olmağa sövq etdi. Və bu gün çoxlu sayda sahibkarlıq strukturları, təşkilatlar xeyriyyə işləri görür, bunu bir borc kimi qəbul edirlər. İldən-ilə artmaqda olan qadın sahibkarlarımız, Mehriban xanımı hər zaman özlərinə bir örnək kimi qəbul edirlər. Onlar da cəmiyyətdə baş verən proseslərdən kənarda qalmırlar. Təkcə biznes qurmaq, öz fəaliyyətini genişləndirmək haqqında deyil, həm də “insanlara necə fayda verə bilərəm ?” haqqında düşünürlər. COVİD-19 Pandemiyasının ən ağır mərhələsində sahibkar qadınlar aztəminatı ailələrə, işini itirmiş qadınlara dəstək oldu. 44 günlük Vətən Müharibəsi zamanı sahibkar xanımlarımız Vətənimizi erməni işğalından azad olunmasında iştirak edən cəsur, igid əsgər və zabitlərimizin ailələrini tək qoymadı. Xüsusi ilə də şəhid ailələri və qazilərinin yanında oldu. Bu gündə onlarla birlikdədir, bu qəhrəmanların təbliğ olunmasında fəal iştirak edirlər. Bütün bu xeyirxahlığın və vətəndaşlıq borcunun kökündə Mehriban xanımın yaratdığı nümunə, onun xalqımıza etdiyi müraciətlər, etdiyi çağırışlar dayanır. Mehriban xanım həyatının bütün mənasını xalqına, dövlətinə xidmətdə görmüş və özünü dərk edəndən bu yolda yorulmadan çalışır. Məhz bu baxımdan Tanrının ona bəxş etdiyi fürsətdən istifadə edərək xalqı üçün faydalı işlər görməyi özünün mənəvi borcu bilir. Qəlbi daim humanist duyğularla çağlayan mərhəmətli, şəfqətli Birinci xanımı təbrik edir, Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsində hər zaman yeni yollar axtarışında olan Mehriban Əliyevaya uğurlar arzulayırıq.

 

Səkinə Babayeva

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasınıni iarə heyətinin sədri

Son xəbərlər

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

Bütün xəbərlər