BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyevin İtaliyaya səfəri tarixi əhəmiyyət kəsb edir və strateji xarakter daşıyan Azərbaycan-İtaliya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. əvvəla qeyd etmək lazımdır ki, Azərbaycan-İtaliya münasibətləri hər zaman yüksək səviyyəsi, çoxşaxəliliyi və nümunəvi dinamikası ilə seçilib. İtaliya ölkəmizin Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsinə fəal dəstək verməklə Azərbaycanın etibarlı dostuna çevrilib. Tərəddüdsüz deyə bilərik ki, İtaliya Avropa İttifaqı ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. Bunu rəsmi statistik rəqəmlər də sübut edir. Belə ki, 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi pandemiyadan əvvəlki dövrün göstəricilərini təkrarlayaraq 9 milyard ABŞ dolları ötüb. 2022-ci ilin 8 ayında isə 2021-ci ilin göstəricisini də keçərək 11 milyard ABŞ dollarından çox olub.Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Ceyhun Əhmədli söyləyib.

Politoloq qeyd edib ki, Azərbaycan da İtaliyanın Cənubi Qafqaz ölkələri arasında ən iri ticarət tərəfdaşıdır. Belə ki, bu bölgədə İtaliyanın apardığı ticarətin 90 fazidən çoxu Azərbaycanın payına düşür.Ticari münasibətlərimizin ana xəttini enerji resursları təşkil edir. Azərbaycan İtaliyanın neft təchizatında 1-ci, qaz təchizatında isə 3-cü yeri tutur. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib faktordur. TAP hazırda İtaliyanın qaz tələbatının təxminən 10 faizini qarşılayır. Tam genişlənmə və ötürmə qabiliyyətinin iki dəfə - 20 milyard kubmetrə qədər artırılacağı təqdirdə TAP İtaliyanın qaza olan tələbatının 20-25 faizini ödəyə bilər."Avropa İttifaqı ölkələri Ukraynada baş verən hadisələrdən əvvəl də Azərbaycandan enerji resurslarının nəqlinin artırılmasına maraq nümayiş etdiriblər. Hətta bəzi ölkələrdən Cənub Qaz Dəhlizinin Qərbi Balkanlara doğru genişləndirilməsi ilə bağlı müvafiq müraciətlər mətbuatda dərc olunub. Bütün bunlar ondan irəli gəlir ki, Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinə və təchizat mənbələri və marşrutlarının şaxələndirilməsinə töhfə verməklə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. İtaliya ilə olan olan strateji tərəfdaşlıq münasibətlərimiz bu prosesdə həlledici amillərdən biri kimi çıxış edir", - deyə C.Əhmədli bildirib.

O əlavə edib ki, hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir. Diqqətəlayiq məqam odur ki, bir sıra şirkətlər işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərində iştirak edir, maraq göstərən digər şirkətlərlə isə müzakirələr aparılır.

Bu, Prezident İlham Əliyevin İtaliyaya 7-ci səfəridir. Bundan əvvəl baş tutmuş səfərlər sırasında məzmun və formasına görə ən önəmlisi 2020-ci il fevralın 19-21-də həyata keçirilmiş dövlət səfəri idi. Həmin səfər çərçivəsində iki dövlət arasında ümumilikdə 28 sənəd imzalanıb. Bunlar arasında əsas müstəsna əhəmiyyət daşıyan sənəd heç şübhəsiz, "Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə" idi. Bu sənədlə ölkələrimiz arasında münasibətlər yeni, daha yüksək səviyyəyə qədəm qoyub. Tərəflər bir-birini strateji tərəfdaş kimi qəbul edib. Eyni zamanda, bu strateji tərəfdaşlığın bütün istiqamətlərdə daha da gücləndirilməsi istəyini ortaya qoyublar. Birgə Bəyannamənin digər əhəmiyyətli cəhəti odur ki, o, Azərbaycanın digər ölkələrlə, o cümlədən “Böyük yeddiliyin” üzvü olan ölkə ilə belə bir adda və ruhda imzaladığı ilk sənəd olub. Sənədin bilavasitə Prezident İlham Əliyev və o vaxtkı Baş nazir Cüzeppe Konte tərəfindən imzalanması Birgə Bəyannamənin siyasi yükünü göstərir.

Son xəbərlər

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

Bütün xəbərlər