BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyevin sentyabrın 1-2-də İtaliyaya etdiyi işgüzar səfər iki ölkə arasındakı əlaqələrin davamlı inkişaf etdirilməsinin növbəti təzahürü oldu. Azərbaycanla İtaliya arasında belə səfərlərin mütəmadi şəkildə təşkil olunması hər iki tərəfin əməkdaşlıqda maraqlı olmasını göstərir. Bu səfərlər çərçivəsində imzalanan sənədlər və əldə olunan razılaşmalar müstəsna əhəmiyyətə malik olmaqla yanaşı, əlaqələrin sağlam təməl üzərində qurulmasına şərait yaradır.Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Vasif Hüseynov söyləyib.Ekspert qeyd edib ki, 2020-ci ilin fevralında Azərbaycanla İtaliya arasında imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” xüsusilə qeyd olunmalıdır. İtaliya Avropa İttifaqında və G7 dövlətləri arasında Azərbaycanın bu məzmunda sənəd imzaladığı yeganə dövlətdir. 44 günlük Vətən müharibəsindən öncə imzalanmış bu sənəddə İtaliya Azərbaycanın ərazi bütövlüyünə bir daha dəstək nümayiş etdirib və Ermənistanı münaqişə tərəfi kimi tanıyıb.“Dövlətimizin başçısının İtaliyaya son səfərində nəzərdə tutulan əsas məqsədlərdən biri 2020-ci ildə əldə olunmuş razılaşmaların icrası və yeni hədəflərin müəyyənləşdirilməsi xarakterini daşıyır. Tərəflər təhsil sahəsində əlaqələrin daha da dərinləşdirilməsi üçün müəyyən addımlar atıb, Bakıda Azərbaycan-İtaliya Universitetinin qurulmasını yüksək qiymətləndiriblər. Eyni zamanda, ADA Universiteti ilə İtaliyanın nüfuzlu universitetləri arasında əməkdaşlıq haqqında razılaşmalar da imzalayıblar”,- deyə V.Hüseynov vurğulayıb.

O əlavə edib ki, iki ölkə arasındakı əlaqələr digər sahələri də əhatə edir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Təqdirəlayiq bir haldır ki, tərəflər arasında ticarət əlaqələrində bu il böyük irəliləyişlər əldə olunub. 2021-ci ildə 9 milyard dollar həcmində olan ticarət dövriyyəsi cari ilin 8 ayı ərzində 11 milyardı keçib. Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyində oynadığı rol da ciddi əhəmiyyətə malikdir. Hazırda Avropada yaşanan enerji böhranı çərçivəsində Azərbaycan qazının İtaliyaya nəqli və bu ölkənin illik tələbatının təxminən 10 faizini təmin etməsi rəsmi Roma tərəfindən yüksək qiymətləndirilir. Yaxın gələcəkdə Cənubi Qaz Dəhlizi vasitəsilə qaz nəqlinin artırılması nəticəsində göstərilən rəqəm 2 dəfəyə qədər artırmaq mümkün olacaq. Bu faktor da İtaliyanın ölkəmizə marağının artmasına ciddi təsir edir.

 

 

Son xəbərlər

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

Bütün xəbərlər