BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə Prezident İlham Əliyevin sentyabrın 1-2-də İtaliyaya işgüzar səfəri həm də ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf edib. Prezident İlham Əliyevin İtaliyaya sonuncu səfəri isə sayca yeddincidir.Bu sözləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə söyləyib.O qeyd edib ki, İtaliya Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri arasında ən yaxın tərəfdaşıdır. Bu səfər də konkret məqsədlər və hədəflər daşıdığı üçün ölkələr arasında münasibətlərin inkişafında, etimadın güclənməsində böyük əhəmiyyətə malik olacaq.İtaliya iqtisadi və digər göstəricilərinə görə dünyanın səkkizinci böyük ölkəsidir. Həmçinin Avropa İttifaqının və NATO-nun da aparıcı ölkələrindən biridir. İtaliya-Azərbaycan münasibətlərinin inkişafı Aİ və NATO ilə də əlaqələrimizin genişlənməsində rol oynayır. Yəni, belə səfərlər münasibətlərimizin təkcə ikitərəfli deyil, həm də çoxtərəfli inkişafı üçün yeni imkanlar yaratmış olur.“Prezident İlham Əliyevin 2020-ci il fevralın 19-21-də İtaliyaya olan dövlət səfərində 28 sənəd imzalanıb. Həmin sənədlər arasında “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin xüsusi əhəmiyyəti var. Bu sənəd iki ölkə arasında münasibətlərin inkişafında başlıca plandır. Eyni zamanda, siyasi dialoq, ticari-iqtisadi münasibətlər, enerji, nəqliyyat-kommunikasiya, elm, təhsil, mədəniyyət, humanitar, müdafiə sahələrində əlaqələrin inkişafına dair xeyli məsələləri özündə əks etdirir.Azərbaycanın Avropa İttifaqının 27 dövlətindən doqquzu ilə strateji tərəfdaşlıq münasibətləri var. İtaliya “Qoca qitə”də Azərbaycanın ən yaxın ticari-iqtisadi tərəfdaşıdır. Avropa ölkələri içərisində Azərbaycan neftinin birinci və qazının isə üçüncü ən böyük alıcısı məhz İtaliyadır”, - deyə politoloq vurğulayıb.Y.Hacızadə bildirib ki, səfər çərçivəsində İtaliyada Azərbaycan səfirliyinin yeni binasının istifadəyə verilməsi və Prezident İlham Əliyevin keçirdiyi digər görüşlər iki ölkə arasındakı münasibətləri yeni müstəviyə qaldıracaq.Bilirsiniz ki, İtaliyada hökumət istefaya gedib və bu da böhranının yaranmasına səbəb olub. Buna görə də sentyabrın 25-də İtaliyada parlament seçkiləri keçiriləcək. Belə vəziyyətlərdə İtaliyaya rəsmi və işgüzar səfərlər olmur, həmçinin oraya dövlət nümayəndələri gəlmir. Buna baxmayaraq, Azərbaycan Prezidentinə münasibətdə istisna hal baş verdi və dövlətimizin başçısı İtaliyaya səfər etdi. Əlbəttə ki, bu yanaşma Prezident İlham Əliyevin şəxsiyyətinə, dünya görüşünə, diplomatik qabiliyyətinə olan yüksək etimadın ifadəsidir.

O əlavə edib ki, İtaliya Avropada hazırda yaşanan enerji böhranından ən az təsirlənən və gələcəkdə bu istiqamətdə baş verə biləcək təhlükələrdən sığortalanan ölkədir. Bu da İtaliyanın Azərbaycan kimi etibarlı, dayanıqlı siyasət aparan ölkələrlə əməkdaşlığının nəticəsidir.

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər