BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması, illər keçdikcə yeni istiqamətlər üzrə inkişafı prioritetdir. Bu əməkdaşlıq qarşılıqlı səfərlər, həmçinin imzalanan sənədlər əsasında daha da inkişaf etdirilir. Bu inkişafı görmək üçün Azərbaycanın istər Avropa İttifaqı, istərsə də quruma üzv dövlətlərlə əlaqələrinin inkişaf səviyyəsinə diqqət yetirmək kifayətdir. Dövlətimizin başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən sonra İtaliyaya işgüzar səfəri mühüm məqamlarla diqqət mərkəzində oldu. Prezident İlham Əliyevin İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci beynəlxalq Çernobbio Forumunda iştirakı, tədbirin plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı və İtaliyanın nüfuzlu KİV nümayəndələrinin suallarını cavablandırması, “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsi Azərbaycanın İtaliya, ümumilikdə Avropa İttifaqı ilə əlaqələrinin hazırkı səviyyəsinə, ölkəmizin iqtisadi və siyasi mövqeyinə, artan roluna işıq saldı.AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov ifadə edib.Deputat qeyd edib ki, iki ölkə arasında strateji tərəfdaşlıq uğurla həyata keçirilir. Azərbaycan və İtaliyanın ikitərəfli gündəliyi getdikcə genişlənir. Təbii ki, bunun əsas hissəsini enerji və ticarət təşkil edir. Dövlətimizin başçısının avqustun 31-də İtaliyaya işgüzar səfəri zamanı bu gündəliyə yeni bir sahə - təhsil sahəsi əlavə edildi. Belə ki, Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasında İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı sənədlərin mübadiləsinə həsr edilmiş mərasim keçirildi. ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair sazişlər imzalandı. Bu mühüm addım göstərdi ki, iki ölkə gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi fəaliyyət göstərəcək. Hər bir ölkənin inkişafını təbii resurslar yox, bilik, savad, texnoloji tərəqqi müəyyən edir. Dövlətimizin başçısı İlham Əliyevin 2003-cü ildən qarşıya qoyduğu “Neft kapitalını insan kapitalına çevirək!” hədəfinə uyğun olaraq ölkəmizdə təbii resurslardan əldə edilmiş gəlir insan kapitalına yönəldilir ki, bu addım da bunun əyani sübutudur. Prezident İlham Əliyev əminliklə bildirdi ki, İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq.Malik Həsənov onu da bildirib ki, İtaliya-Azərbaycan əməkdaşlığının bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf etməsi münasibətlərin müttəfiqlik əlaqələrinə yaxınlığını göstərir. Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri çərçivəsində keçirilən görüşlər, iki ölkə arasında Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməyə uyğun olaraq atılan addımların müzakirəsi, yeni istiqamətlərin müəyyənləşdirilməsi gələcək barədə aydın təsəvvür yaradır. İtaliya Prezidenti Sercio Mattarella dövlətimizin başçısı İlham Əliyevlə görüşündə Cənubi Qafqazın lider ölkəsi olaraq Azərbaycanla əməkdaşlığa xüsusi diqqətini ifadə etdi.Deputat bildirib ki, Avropanın inkişaf etmiş ölkələrindən olan İtaliya ilə Azərbaycanın son illərdə daha da möhkəmlənən münasibətləri hər iki dövlətin iqtisadi inkişafı, siyasi münasibətlərin möhkəmlənməsi üçün etibarlı zəmin yaradır. Dövlət başçısı İlham Əliyevin “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışında bu günümüz və gələcəklə bağlı mühüm məqamlar öz əkini tapdı. Belə ki, Azərbaycanın enerji siyasətinin ayrı-ayrı mərhələlərindən bəhs edən İlham Əliyev Cənub Qaz Dəhlizinin reallığa çevrilməsindən, TANAP-ın və TAP-ın istifadəyə verilməsindən bəhs edərək bu layihənin icrasında İtaliyanın iştirakını xüsusi vurğuladı. Geniş beynəlxalq əməkdaşlıq yaradılıb. Ölkəmiz İtaliyanın bu tərkibdə iştirakını yüksək dəyərləndirir.

M. Həsənov İtaliya şirkətlərinin işğaldan azad olunan ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərində aktiv fəaliyyətinə də diqqəti yönəldərək bildirib ki, bu kimi mühüm addımlar Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqların qəbulunun göstəricisidir. İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir. Təkcə Bakıda deyil, işğaldan azad olunmuş şəhərlərdə də Memorial və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən dizayn olunub və tikiləcək. İtaliya şirkətləri işğaldan azad olunmuş dörd rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz ediblər. Dövlətimizin başçısı İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində bu məqamı da xüsusi qeyd etdi ki, daha bir İtaliya şirkəti Şuşada yeni məscidin layihəsini dizayn edib və onu reallaşdıracaq. Bütün bunlar münasibətlərimizin nə dərəcədə yaxın olduğunu göstərir”.“Ümumilikdə İlham Əliyevin İtaliyaya işgüzar səfəri Azərbaycanın hazırkı dövrdə beynəlxalq münasibətlər sistemində artan roluna, qlobal problemlərin həllində ortaya qoyduğu yanaşmaya, xarici siyasətinin dəyişməz prinsiplərinə bir daha aydınlıq gətirdi. Prezident İlham Əliyevin Forumda iştirakı, eyni zamanda, Azərbaycanın enerji siyasətinin dünyaya təqdimatına geniş imkanlar yaradılması qürurvericidir. Bu, Azərbaycanın, Prezident İlham Əliyevin nüfuzunun təqdimatıdır. Forumun moderatorunun dünyada və regionda mövcud geosiyasi vəziyyətlə bağlı sualını cavablandıran dövlətimizin başçısı bir daha qeyd etdi ki, Azərbaycan öz siyasətini milli maraqlar və beynəlxalq hüququn prinsipləri əsasında qurur. Prezident İlham Əliyev beynəlxalq hüququn qorunmasına cavabdeh olan beynəlxalq institutların fəaliyyətinin dövrün çağırışlarına uyğunlaşdırılmasının vacibliyini də diqqətə çatdırdı”, - deyə deputat vurğulayıb.

Son xəbərlər

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Bütün xəbərlər