BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Laçın şəhəri kimi strateji şəhərin bir güllə atılmadan, şəhid vermədən azad edilməsi Prezident İlham Əliyevin böyük xidməti və siyasi-diplomatik qələbəsi, tarixi hadisədir”. “Xeber7” məlumat verir ki, bunu APA-ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Ramiz Alıyev qeyd edib ki, işğal dövründə bütün təzyiqlərə rəğmən Azərbaycan xalqı sınmadı, mətinliyini, mübarizliyini qorudu. 2016-cı ilin aprel və 2020-ci ilin iyul döyüşlərində, Vətən müharibəsində, 2022-ci ilin sentyabr döyüşlərində Vətənə sonsuz sədaqət və məhəbbətlə bağlanan Azərbaycan övladlarının düşməni heyrətləndirən misilsiz qəhrəmanlıq nümunələri yaratdı: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə və qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində torpaqlarımız azad edildi. Kapitulyasiyaya imza atmağa məcbur olan Ermənistan Ağdam, Kəlbəcər və Laçından qoşunlarını çıxarmağa razılaşdı. Prezident İlham Əliyevin digər işğaldan azad edilən torpaqlarımızda olduğu kimi Laçında da üçrəngli müqəddəs bayrağımızı qaldırması çox önəmli bir hadisə idi. Azad Laçında bayrağımızı Müzəffər Ali Baş Komandanımızın qaldırması sözün əsl mənasında gücümüzü və qətiyyətimizi göstərdi! İstər xarici düşmənlərimizə, istərsə də erməni diasporunun sifarişlərini yerinə yetirən sapı özümüzdən olan baltalara ən gözəl cavab oldu. Unutmamalıyıq ki, bu gün böyük savaş həm də informasiya sahəsində gedir və hər bir vətəndaşımız bu savaşda Vətənimizi, xalqımızı layiqincə təmsil etməli və dövlətimizin əsgəri olmalıdır”.

Ramiz Alıyev vurğulayıb ki, Prezident İlham Əliyevin Laçına səfəri, inşa edilən infrastruktur layihələrinin tikintisi ilə maraqlanması və yeni layihələrin inşa edilməsi ilə bağlı vermiş olduğu tapşırıqlar bir daha göstərir ki, həmin torpaqların hər qarışı bizim üçün doğma və əzizdir: “30 il ərzində torpaqlarımızı işğal edən erməni hərbi birləşmələri o torpaqları ancaq talamaq və yandırmaqla məşğul olub. Təəssüflər olsun ki, bu gün bizə təzyiq etmək xəyalına düşən böyük dövlətlər talançılıqla məşğul olan, dini, mədəni abidələrimizi talan edən barbar bir dövlətə etiraz edə bilmirdilər. Ancaq bu gün Azərbaycan öz ərazilərini terrorçulardan təmizləyib, təhlükəsizliyini qorumağa çalışanda bəzi ölkələr buna kəskin etirazını bildirməyə cəhd edir. Onda məntiqlə düşünəndə belə çıxır ki, həmin ölkələr də bu terrorist qrupları və vandalizmi dəstəkləyən dövlətlərdir”.

Politoloq qeyd edib ki, Azərbaycan yenə də Ermənistanı sülhə çağırır və sülh haqqında sazişin konkret mətni üzərində işlənməsini təklif edir: “Prezident İlham Əliyev Laçın şəhərində etdiyi çıxışda öz mövqeyini bildirib. Bu aspektdə ikinci məsələ sülh sazişindən irəli gələn delimitasiya prosesidir. İlk olaraq ölkələr bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımalı, onun əsasında delimitasiya prosesi baş verməlidir. Üçüncüsü, Prezident İlham Əliyev Azərbaycana qarşı olan bütün ittihamları rədd edib. Çünki Ermənistanın iddia etdiyi Azərbaycanla sərhəd xəttində ötən 30 ildə heç bir inşa işləri aparılmayıb, kommunikasiyalar, mühəndis işləri görülməyib. Həmin yerlərdə sərhəd nişanları yoxdur. Deməli, bu da işğal faktıdır. İşğal faktını Azərbaycan sülh yox, güc yolu ilə aradan götürüb. Sərhədimizin delimitasiyası keçirilmədən sərhədin haradan keçməsinin aydın deyil və nəticə etibarilə Azərbaycana qarşı ittihamların da hüquqi əsası yoxdur. Bunlar Prezident İlham Əliyev tərəfindən verilən 3 əsas mesajdır. Ermənistanı danışıqlara dəvət edirik, diplomatik səylər davam etdirilməlidir. Eyni zamanda Azərbaycan hər zaman öz ərazi bütövlüyünə təhdid yaranarsa, buna layiqli cavab verməyə hazırdır”.

Son xəbərlər

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

Bütün xəbərlər