BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bir neçə gün öncə, Ermənistan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı qeyd edib ki, son zamanlar Azərbaycanın Laçın rayonunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş çoxlu sayda piyada əleyhinə minalar aşkar edilib. Nazirin sözlərinə görə, 10 noyabr tarixli Üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb və Azərbaycan ərazilərində müxtəlif hərbi fəaliyyətləri, o cümlədən minaların yerləşdirilməsini davam etdirir.

Politoloq Ramiz Alıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan hərbçiləri Azərbaycanın nəinki Laçın rayonunda, Azərbaycan əraziləri olan digər bölgələrimizdə də, yəni əvvəllər işğal altında olmuş ərazilərdə piyada əleyhinə minalar yerləşdirirdilər. O, qeyd edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış sənədə əsasən Ermənistan tərəfi öz hərbçilərini Azərbaycan ərazisindən çıxaracağını təmin edəcəkdi. Amma təəssüflər olsun ki, Ermənistan buna əməl etmir. Azərbaycan da öz hərbçiləri vasitəsilə erməni təxribatının qarşısını alır. Cənab Ali Baş komandan bütün çıxışlarında Ermənistanı sülhə səsləyir və Ermənistana təxribatlardan əl çəkməyi səsləyir. Ancaq, təəssüflər olsun ki, Ermənistan dövləti yenə də öz təxribatlarındadır. Hərbi birləşmələrinə hökm edə bilmir. Ermənistanın hazırkı hakimiyyəti sülhün tərəfdarı olduğunu bəyan etsə də, Ermənistan hərbçiləri bu əmrə və anlayışa müsbət yanaşmır. Hakimiyyət ilə hərbçilər arasında fikir ayrılığı var, əməl ayrılığı var. Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov BMT Assamblyesaında çıxış zamanı qeyd etmişdir ki, Ermənistan hərbçilərinin təxribatçılığı nəticəsində Azərbaycanın əsgərləri şəhid olur.

 

“Ermənistan tərəfi 10 noyabr 2020-ci ildə üç tərəfli yazışma səthində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Sülh müqaviləsini uzatmaqla, öz təxribatları ilə bunu ləngitmək ilə sülh müqaviləsinə aparan yolu bir növ minalayır. Bunu belə qeyd edərdim. "Ermənistan hərbçiləri Azərbaycan ərazilərini minalamaqla yanaşı həm də sülhə gedən yolu minalamış olur". Bu, Ermənistan hərbçilərinin zərərinə işləyəcək bir addımdır. Çünki, Azərbaycan tərəfi bütün təxribatlara lazımi formada cavab verir. Cənab Ali Baş komandanın rəhbərliyi ilə Azərbaycan ordusu öz vəzifə borclarını layiqincə yerinə yetirir. Düşmənə layiqli cavabı verir. Hər bir ölkə buna şahiddir. Ermənistan təxribatçı davranışdan əl çəkmir. Nə qədər zərbə alsa da, nə qədər məhv edilsə də xeyri yoxdur. Onlar öz fikirlərindən əl çəkmirlər”,- deyə Ramiz Alıyev əlavə edib.

Politoloq bildiirb ki, Ermənistan artıq sülhə gəlməlidir, əks halda çox ciddi problemlər yaşaya bilər.

İlahin, Bizimyol.info

Son xəbərlər

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

Bütün xəbərlər