BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

"Bildiyimiz kimi, "Siyasi partiyalar haqqında" qanun layihəsi hələ heç Milli Məclisdə müzakiryə çıxmamışdan öncə Milli Məclisin sədri Sahibə Qafarovanın imzası ilə bütün partiyalara müraciət olundu ki, öz təkliflərini versinlər. 39 siyasi partiya bu yeni qanun layihəsinə dair təkliflərini Milli Məclisə təqdim edib. Lakin AXCP heç bir təklif vermədi. Ümumiyyətlə, AXCP bu məsələ ilə bağlı heç bir müzakirədə iştirak etmədi, hər hansı fikir, rəy bildirmədi. Sentyabrın 30-da Milli Məclisin payız sessiyasının açılışı olacaq. AXCP "Siyasi partiyalar haqqında" qanun layihəsinin muzakirəsinə qatılmaq əvəzinə, Milli Məclis qarşısında qanunsuz mitinq təyin edib. Təbii ki, pandemiya şəraitinə görə, mitinqə icazə verilmədi. Bununla belə, onlar istəyirlər ki, Milli Məclisə təzyiq etsinlər". Bu haqda YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza açıqlama verib.

Asif Əsgərli bildirib ki, AXCP bu yeni qanun layihəsinin müzakirəsinə sivil yolla deyil, ancaq küçədən hay salmaqla, qaragüruhçuluq etməklə qatılırlar: "Digər müxalif yönlü partiyalar öz fikir və təkliflərini veriblər. Bunların gözündə isə hər şey qaradır. AXCP nəyi isə deyir, amma özü bu prosesdə iştirak etmir. Tutaq ki, AXCP sədri Əli Kərimli qanunu pisləyir, amma özu də yeni bir təklif vermir. Belə vaxt Molla Nəsrəddinin bir məsəli yada düşür. Molla Nəsrəddindən soruşurlar ki, dünyada hər hansı kəşfin, icadın varmı? Cavabında bildirir: "Pendirlə çörək yeməyi mən kəşf etmişəm. Amma bundan mənim heç özümün xoşuma gəlmir". İndi Əli Kərimli də bu qanun layihəsin bəyənmir, amma yeni bir şey də demir".
YAP rəsmisi deyib ki, ümumiyyətlə, hələ ki, bu qanunun layihə variantı müzakirə olunur: "Orada üzv sayı, təsisçilər üçün ölkədə yaşayış ili və s. məsələlər var. Onlar bir neçə bəndi götürməklə etirazlarını bildirirlər. Əli Kərimlini layihədə nəzərdə tutulmuş partiyanın əsas sənədləri və onların qeydiyyatı prosesinin qanunvericilik normaları müəyyən icra hakimiyyəti orqanları vasitəsilə dövlət nəzarəti alətini müəyyən edən müddəalar narahat edir. Bunula da Əli Kərimli partiyasının gələcək fəaliyyətinin sual altında olmasından ehtiyat edir. Hər zamanki kimi, işi dara düşən Əli Kərimli demokratiya carçılığı edir. Qanun layihəsində partiyanın qeydiyyatına nəzarət və onun ləğvi üçün iki şərt aydın və birmənalı şəkildə fərqləndirilib. Sənəddə göstərilib ki, partiyanın ləğv edilməsi haqqında qərar Apellyasiya Məhkəməsinin Azərbaycanın İnzibati Prosessual Məcəllənin müvafiq maddələri ilə əsaslandırdıqdan sonra çıxarılır. 
Əli Kərimlini əsas qorxudan yeni qanunda partiyanın dövlət qeydiyyatına alınması üçün on min üzvün olması tələbidir. Bu, təkcə Əli Kərimlini deyil, onun kimilərin çoxunu narahat edir. Çünki, lazimi sosial bazaya sahib deyillər. Sosial şəbəkədə olan "virtual dostlar"ını real həyatda toplaya bilməmək qorxusu yaşayırlar. Bununla Əli Kərimli və həmkarları çarəsizliklərini, imkansızlıqlarını göstərmiş olurlar. Ümumiyyətlə, yeni qanun layihəsinin qəbulu Əli Kərimlinin, necə deyərlər əlini- qolunu bağlayır. Yeni qanunun qəbulundan sonra onun bir çox siyasi fəaliyət imkanı daralacaq. Ümumiyyətlə, o, siyasi karyerasının sonun çatacağının qorxusu ilə yaşayır". 
Politoloqun fikrincə, yeni qanun layihəsi çox məsələləri ehtiva edir: "Orda bir neçə siyasi terminlər tam açıq şəkildə verilib. Siyasi partiyaların fəaliyyətini əks etdirən bütün məsələlər geniş şəkildə qeyd edilib. Bütün bunlar da yeni dövrün çağırışlarının tələbidir. Görünür, Əli Kərimli yeni dövrlə ayaqlaşa bilmir. Siyasi fəaliyyətini, daha doğrusu yalançı "demokratikliyini" köhnə ənənələri əsasında davam etdirmək istəyir. O, nə özünün, nə də partiyasının yenilənməyini istəmir. Nihilist düşüncələrdən də əl çəkmir. "Siyasi partiyalar haqqında" qanun layihəsinə etirazı da məhz bundan irəli gəlir".

Son xəbərlər

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

Bütün xəbərlər