BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Məlumat üçün bildiririk ki, “Dayanıqlı İnkişaf Uğrunda” Gənclərin İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun 18-ci qrant müsabiqəsinin “Dayanıqlı inkişaf naminə “Green Genius Academy” adlı layihənin qalibi olmuşdur.

Layihənin əsas məqsədi gəncləri davamlı inkişaf prinsiplərinə uyğun fəaliyyətlərə cəlb etmək, onların bu sahədə biliklərini artırmaq və daha dayanıqlı bir cəmiyyətin qurulması istiqamətində maarifləndirməkdir. Layihə, xüsusilə bərpa olunan enerji, ekoloji məsuliyyət və dayanıqlı iqtisadiyyat mövzularına diqqət yetirərək gəncləri bu sahələrdə aktiv iştirakçıya çevirmək məqsədi daşıyır.

Layihə çərçivəsində İsmayıllı və Şamaxı rayonlarında 4 təlim uğurla həyata keçirilib. Təlimlər zamanı gənclərə davamlı inkişaf məqsədlərinin əhəmiyyəti, ətraf mühitin qorunması və qida təhlükəsizliyi ilə bağlı məsələlər barədə ətraflı məlumat təqdim olunub. Layihənin rəhbəri və eyni zamanda Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova bu sessiyalarda gənclərlə bilik və təcrübəsini bölüşüb.

Məhsəti Hüseynova çıxışında qeyd edib ki, bərpa olunan enerji mənbələrinin tətbiqi, tullantıların idarə olunması və ekologiyanın qorunması kimi mövzular yalnız bir ölkənin deyil, bütün dünyanın aktual problemləridir. Gənclərin bu istiqamətdə bilikləndirilməsi isə həm ölkəmizin, həm də dünyanın daha dayanıqlı gələcəyinə töhfə verəcəkdir.

“Green Genius Academy” layihəsi gələcəkdə də davamlı inkişaf prinsiplərinin genişləndirilməsi və gənclər arasında maarifləndirici tədbirlərin artırılması məqsədilə fəaliyyətini davam etdirəcək. Layihə, həmçinin, iştirakçı gənclərin ekoloji məsələlərə daha həssas yanaşmasına və bu sahədə aktiv təşəbbüslər irəli sürməsinə dəstək olmaq niyyətindədir.

 

Son xəbərlər

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Bütün xəbərlər