BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

20 sentyabr 2025-ci il tarixində Gəncə şəhərində "Kistik Fibroz Xəstələrinə Yardım" İctimai Birliyinin təşəbbüsü ilə “Sən də gəl, sən də tanı” layihəsi çərçivəsində ərsəyə gəlmiş “Kistoz Fibroza Dair” adlı elmi-tibbi kitabın təqdimat mərasimi keçirildi. Layih Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
 maliyyə dəstəyi ilə həyata keçirilir.
Mərasim Dövlət Himni və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra layihə rəhbərləri, həkimlər və ictimai təşkilat nümayəndələri çıxış edərək kitabın əhəmiyyətindən, kistoz fibroz xəstəliyinə dair maarifləndirmə işlərindən və bölgələrdə bu xəstəliyə diqqətin artırılmasının vacibliyindən danışıblar.
Açılış nitqi ilə layihənin təlimçisi, eksperti və kitabın həmmüəllifi Dr. Azad Əkbərzadə çıxış etdi. Azad Əkbərzadə "Kistoz Fibroza Dair"elmi tibbi kitabın hazirlıq işlərindən ,verilən qısa müddət ərzində belə bir tibbi ədəbiyyatın ərsəyə gəlməsindən və onu hazırda vacibliyindən geniş şəkildə auditoriyaya məlumat verdi.
Ardınca KifYİB-in sədri və layihə rəhbəri Səadət Bayramova təqdimatla çıxış edərək layihənin məqsədləri və görülmüş işlər barədə ətraflı məlumat verdi.O qeyd etdi ki bu kitab Azərbaycan dilində olan ilk tibbi ədəttiyatdir,həkimlərin masaüstü maarifləndirici köməyi olacaqdır .
Pulmonoloq, kitabın redaktoru və həmmüəllifi Dr. Aynur Quliyeva kitabın məzmunu və hazırlanma prosesindən , həmçinin bu kitabın xəstələrin aşkarlanmasında böyük rol oynayacağınadan bəhs etdi.
Digər çıxışçılar – neonatoloq pediatr Dr. Əkbər Quliyev,
pediatr Dr. Nigar Bayramova və
pediatr Dr. Şənubər Mahmudova – həm kitabın həmmüəllifləri, həm də Yeni Klinikanın Pediatriya şöbəsinin və Fatimə Bayramova adına Kistoz Fibroz Diaqnostika, Müayinə və Müalicə Mərkəzinin həkimləri olaraq söz aldılar.
Onlar kistoz fibroz xəstəliyi ilə birbaşa məşğul olan mütəxəssislər kimi tədbir iştirakçılarına xəstəliyin patogenezi, müalicə üsulları və müxtəlif yanaşmaları barədə geniş məlumat verdilər. Həkimlər həmçinin çalışdıqları şöbədə və Kistoz Fibroz Mərkəzində xəstələrin qəbulu, stasionar müalicə prosesləri və göstərilən tibbi xidmətlər barədə də ətraflı danışıblar.
Mərasimdə Gəncə şəhəri və ətraf bölgələrdən həkimlər, xəstə valideynləri, həmçinin nadir xəstəlik daşıyıcıları və onların yaxınları iştirak ediblər. Tədbir iştirakçıları ilə müzakirələr aparılıb, sual-cavab sessiyası təşkil olunub.
Təqdimat çərçivəsində altmış (60) nüsxə kitab tədbir iştirakçılarına ; həkimlərə və xəstə ailələrinə paylanılıb. Bundan əlavə, Gəncə şəhər Uşaq Xəstəxanasının baş həkimi Dr. Səbuhi Həsənova qırx (40) nüsxə kitab rəsmi təhvil-təslim aktı ilə təqdim olunub. Ümid edirik ki, ətraf bölgələrdə fəaliyyət göstərən həkimlər də bu kitablardan yararlana biləcəklər.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib və iştirakçılar üçün qısa çay-kofe fasiləsi keçirilib.
Qeyd edək ki, Gəncədəki təqdimat mərasimindən sonra KifYİB-in təşəbbüsü ilə yaxın zamanda Bakıda da daha geniş iştirakçı kütləsi ilə ikinci təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.
Bu layihənin əsas məqsədi nadir xəstəliklərdən biri olan kistoz fibroz barədə ictimai məlumatlılığı artırmaq, həkimlər və xəstə ailələri üçün elmi bilikləri əlçatan etmək və bölgələrdə bu xəstəliyə diqqəti daha da gücləndirməkdir.

            

Son xəbərlər

Qarabağ Zəfərinin zirvəsi

Şuşa şəhəri günü: Azərbaycan qürurunun, mədəniyyətinin və zəfərinin simvolu

Məhəbbət İbrahimovanın yaradıcılıq gecəsi – Ziyalılıq, vətənpərvərlik və qadın qüdrətinin təntənəsi

Orenburq Prezident Kadet Məktəbinin rəhbərinə Azərbaycanın qəhrəmanları haqqında kitab hədiyyə olunub

Qara Brilliant klubunun idmançısı 3-cü dəfə Respublika 1-cisi oldu

Zəfər Gününə həsr olunmuş xeyriyyə konserti

Konstitusiyamızın 30 illiyi – hüquqi dövlət quruculuğunun təntənəsi

Rusiyada Vətən Müharibəsinin 5 ci ildönümünə həsr olunmuş sənədli film çəkilib

Gənc pianoçu Ayan Məmmədli Budapeşt şəhərində möhtəşəm solo konserti ilə çıxış edib

Krasnoyarsk diyarının qubernatoru diaspor rəhbərini təltif edib

Konstitusiyanın tarixi və müasir əhəmiyyəti

T.Abbasov adına 225 nömrəli tam orta məktəbdə Zəfərimizin 5 illiyi qeyd olundu

AYB-nin üzvü Koreya Respublikasının televiziya kanalına müsahibəverib

Zəfərin davamı – güclü sosial dövlət

8 Noyabr – Azərbaycanın Şanlı Zəfər Günü

Müstəqilliyin və qürurun rəmzi

“Qarabağ Azərbaycandır!”

Gəncədə “Zəfər övladlarının mədəniyyətdə bir günü” adlı tədbir keçirilib

İlk hərbi təyyarəçimiz Milli Qəhrəman adına layiq görülüb -SƏRƏNCAM

Zəfərə həsr olunmuş musiqili videoçarx

ZƏFƏRİN MÜBARƏK, AZƏRBAYCAN!

Binəqədidə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib

Bayraq- milli kimliyimizin, suverenliyimizin və qürurumuzun simvolu

Zəfər Günü bayramına təsadüf edən doğum günü

QHT-lər “Qərbi Azərbaycana qayıdış” mövzusunda fəaliyyətini gücləndirir

“Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” videoçarxı nümayiş etdirilib

Ayan Məmmədli: Bu forum mədəniyyət adamları üçün mühüm platformadır

Elm milli inkişafın strateji dayağı kimi

Kitabxanada “Uşaq hüquqları aylığı” çərçivəsində rəsm müsabiqəsi təşkil olunub

Azərbaycan elminə dövlət qayğısı ildən-ilə artır

Bütün xəbərlər