BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Səbail rayon Mərkəzi Kitabxanasında Nizami Məmmədov və Sevda Məmmədəliyevanın müəllifi olduqları “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitabının müzakirəsinə həsr olunmuş “dəyirmi masa” təşkil etdi. Qarabağ müharibələrində qəhrəmancasına həlak olan şəhidlərimizin, Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq, “dəyirmi masa” iştirakçılarını salamladı. O, “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitabı haqqında qısa məlumat verdi. Qeyd etdi ki, kitab iki böyük alim – akademik Yusuf Məmmədəliyevə və türkiyəli professor Turhan Nejat Vəziroğluna ithaf edilib və bu ilin dekabr ayının 31-də nəhəng alim Yusuf Məmmədəliyevin anadan olmasının 120 illik yubileyidir. Üç dildə (Azərbaycan, ingilis, rus) nəfis şəkildə nəşr olan kitab müasir dövrdə mühüm məlumatların toplandığı qiymətli vəsaitdir. Kitab 12 bölmədən ibarətdir. L.Məmmədova bildirdi ki, kitab müəlliflər tərəfindən ölkəmizin bir çox təhsil müəssisələrinin kitabxanalarına, Mədəniyyət Nazirliyinin tabeliyində olan bir çox kitabxanalara hədiyyə edilmişdir. L.Məmmədova məlumat verdi ki, kitabla bağlı məktəblilər və C.Naxçıvanski adına Hərbi Liseyin kursantları arasında şeir, esse və inşa müsabiqəsi keçirilmişdir. Müsabiqədə 73 nəfər iştirak etmişdir. Şeir müsabiqəsinin qalibi 18 nəfər, esse və inşa müsabiqəsinin qalibi isə 8 nəfər olmuşdur. M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı-publisist, politoloq Reyhan Mirzəzadə kitab ithaf olunan tanınmış alimləri əbədi məşələ bənzətdi. O qeyd etdi ki, Yusuf Məmmədəliyev böyük şəxsiyyət idi və alman faşizmininə qarşı mübarizədə onun elmə, benzin buraxılışına, SSRİ-nin hərbi sənayesinə böyük köməyi dəymişdir. Daha sonra R.Mirzəzadə kitab haqqında fikirlərini bölüşdü. İnsan ağaclardan, yaşıllıqlardan, təbiətin bütün gözəlliklərindən güc alır. Meşələr, yaşıllıqlar olmasa insanın şüuru, zehni inkişaf edə bilməz. Böyük rus yazıçısı Lev Tolstoy “Hərb və sülh”, “Anna Karenina”, “Hacı Murad” kimi əsərlərini Yasnaya Polyanada – yaşıllıqlar qoynunda dünya şöhrətli əsərlər yaradıb. O həm də vurğuladı ki, Yusuf Məmmədəliyev dünyanı sülhə çağırırdı, dünya xalqlarının sülh içərisində yaşamasını arzulayırdı.   Tanınmış uşaq yazıçısı, uşaqların sevimlisi, professor Solmaz Amanova tədbirdə iştirakına görə təşkilatçılara təşəkkürünü bildirdi. O qeyd etdi ki, ekoloji baxımdan çətin vaxtda təbiətimizi qorumasaq, bunu bizim üçün heç kim etməyəcək. Təbiəti tullantılardan təmizləmək üçün uşaqları da tərbiyə etmək lazımdır. S.Amanova 2012-ci ildə akademik Yusuf Məmmədəliyevə həsr etdiyi və “Dağılmış yuva” şeirlərini oxudu. Fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Sevda Məmmədəliyeva tədbirin təşkilatçılarına, tədbir iştirakçılarına, kitabın müzakirəsində, ekologiyaya həsr olunmuş müsabiqədə iştirak edən şagird və kursantlara təşəkkürünü bildirdi. O, çıxışında neft üzrə alim Çapay Sultan haqqında məlumat verdi və qeyd etdi ki, 1941-ci ildə atam Yusuf Məmmədəliyevlə birgə yüksəkoktanlı benzin üzərində işləyirdi. Akademik Y.Məmmədəliyevin təcrübələri, fəaliyyəti, 2 dəfə Milli Elmlər Akademiyyasının prezidenti olması haqqında məlumat verdi. S.Məmmədəliyeva onu da vurğuladı ki, Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, professor Bülbül atamın çətin anlarında hər zaman öz nəğmələri ilə ona dəstək olmuşdur. O, çıxışını Bəxtiyar Vahabzadənin akademik Yusuf Məmmədəliyevin 50 illiyinə həsr etdiyi şeiri ilə yekunlaşdırdı. YUNESKO-nun eksperti, Rusiya Federasiyasının Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının professoru Nizami Məmmədov çıxış edərək bildirdi ki, kitabın təqdimatı müxtəlif məkanlarda keçirilsə də, bügünkü tədbir xüsusilə möhtəşəmdir. Professor N.Məmmədov elmi işlərindən, iştirak etdiyi konfranslardan, kitabın ərsəyə gəlməsi haqqında danışdı. Professor dayanıqlı inkişaf konsepsiyasına dair məqaləsindən məlumat verdi. O qeyd etdi ki, “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitabının davamı olaraq,  bu il daha yeni bir kitabımız işıq üzü görəcək. Kitabın müəllifləri Nizami Məmmədov və Sevda Məmmədəliyevaya, C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Anar Mirzəyevə M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu diplomları təqdim olundu.  “Dəyirmi masa”da müsabiqələrin qalibləri olan kursantlar – Vüsal Hüseynov, Əli Hümbətov, Nicat Zərbəliyev, Həsən Qürbətzadə, Yusif Həşimov, Xəzər Əliməmmədli, məktəblilər – Natella Rəhimli, Aylin Rüstəmli, Nuray Şahəliyeva, Zəhra Fərəcova, Əli Ağamoğlan (gənc ixtiraçı), Nuray Mirzəzadə, Aylin Hüseynzadə, Tərlan Mirzəyeva, Səidə Məmmədli, Əsnad Əlimərdanova, Fidan Qənizadə, Nihad Ələsgərov, Şəfəq Əlizadə, Vəzifə Məmmədalıyeva diplomlarla təltif edildi və onlara “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitabı hədiyyə edildi. Xorda ifa edən şagirdlərə təşəkkürnamələr verildi və uşaq yazıçısı Gülzar İbrahimovanın yeni kitabları hədiyyə edildi. C.Naxçıvanski adına Hərbi Liseyin tərbiyə üzrə tabor komandirinin müavini Mehrab Əmirova kitab, liseyin qiraət və natiqlik dərnəyinin rəhbəri Gülsəda Amana təşəkkürnamə təqdim edildi. Tədbirin bədii hissəsində Respublika və Beynəlxalq müsabiqələr laureatı, muğam ustası, xanəndə, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Maya Cəbrayılova muğamlar, Respublika və Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Milli Konservatoriyası və Bakı Musiqi Akademiyasının məzunu, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, müğənni-vokalçı İslam Qasımov “Azərbaycan” və “Ey Vətən”, Bakı Musiqi Akademiyasının magistri Leyli Əşrəfi “Deyir ayrılma məndən”, “Kəpənək”, Səbinə Qocayeva “Журавли”, “Мой мир” mahnılarını ifa edərək, müsabiqə qalibi olan kursantlar və məktəblilər təbiətə aid şeirlərlə tədbirə rəng qatdılar. Azərbaycan Milli Konservatoriyası  tərkibində İncəsənət Gimnaziyasının, 7, 18, 76, 11, 175 №-li tam orta məktəblərin şagirdləri Nəzrin və Tuncay Babazadələr, Tamella Məmmədova, Nəzrin Rzazadə, Yusif Yaqubov, Kənan Hüseynzadə, Aminə Talıbova, Cahan Qurban, Aysun Zeynallı və Aişə Butt Sultanə “Dünyanı xilas edək” və “Məhəbbət çırağı” mahnılarını ifa etdilər. Xanəndə M.Cəbrayılovanı İ.Əbilov adına Mədəniyyət Mərkəzinin tarzəni Cavanşir Rüstəmbəyli, kamançada Əli Rüstəmbəyli müşayiət etdilər. Bədii hissənin rejissoru, bəstəkar, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Esmiralda Hüseynova idi. Tədbirdə “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitabına və kitabla bağlı keçirilən müsabiqəyə həsr olunmuş videoçarxlar nümayiş olundu. Videoçarxlar kitabxananın YouTube kanalında yerləşdirilib: //www.youtube.com/watch?v=krYDd6WsxC4  //youtu.be/dL4oYaqnB4s 

           

Son xəbərlər

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Bütün xəbərlər