BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bu günlərdə dünyanın bir çox ölkələrində olduğu kimi, Norveçin paytaxtı Oslo şəhərində də “8 Noyabr-Zəfər Günü” münasibəti ilə tədbir keçirilib. 5 noyabr 2022- ci il tarixində “8 Noyabr-Zəfər Günü” şanlı Qarabağ Qələbəsinin ikinci ildönümü və 2022 Şuşa İli ilə bağlı “The Great Return-Şuşa” (Böyük Qayıdış Şuşa) layihəsi,çərçivəsində möhtəşəm tədbir keçirilib. Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin, Azərbaycan Gənclər Fondu, GPM və "CAN” diaspor təşkilatının təşkilatçılığı ilə keçirilən bu möhtəşəm tədbirdə iştirak etmək üçün, Respublika və Beynəlxalq Müsabiqələr Laureatı, “Qran pri” mükafatçısı,  Avstriya Konservatoriyasının tələbəsi, gənc pianoçu Ayan Məmmədli də dəvət alıb. Tədbir öncəsi qonaqlar, Türkiyənin Osloda fəaliyyət göstərən səfirliyində, səfir Fazlı Çormanla görüşmüş və onun qonağı olmuşlar. Ayan Məmmədli bu görüş zamanı, Azərbaycanın milli musiqisi, bir çox mahnıların tarixi və doğma Qarabağımızla bağlı, görüş iştirakçıları olan Fazlı Çorman, onun xanımı Gülhan Çorman, Azərbaycanın Stokholm səfirliyinin müşaviri Cavanşir Məmmədov, Norveçdə fəaliyyət göstərən “CAN” diaspor təşkilatının sədri Şervin xanım Nəcəfpur, Azərbaycan Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov və Gənc Politoloqlar Mərkəzinin rəhbəri  İlkin Əliyevlə maraqlı fikir mübadiləsi aparmışlar. Növbəti gün, 5 noyabrda diplomatların, Norveç siyasi və akademik dairələrinin, Norveç Azərbaycan ictimaiyyətinin iştirakı ilə keçirilən tədbirin bədii hissəsində, öncə doğma yurdu olan Qarabağ və onun mədəniyyəti, musiqi beşiyi olan və Azərbaycanın konservatoriyası hesab olunan Şuşa şəhəri, onun dünyaşöhrətli musiqiçiləri Üzeyirbəy Hacıbəyov, Fikrət Əmirov, Süleyman Ələsgərov, Vasif Adıgözəlov və milli muğamalrımız, xalq mahnılarımız haqqında məlumat verən Ayan Məmmədlinin sonra geniş konsert proqramı ilə çıxış edərək, pianoda səsləndirdiyi ifaları, tədbir iştirakçıları tərəfindən böyük maraq və hərarətlə qarşılanmışdır. Ayan Məmmədlinin repertuarında yer alan Azərbaycanın xalq və bəstəkar mahnıları ilə yanaşı, Norveç bəstəkarının da əsəri tamaşaçılara böyük zövq yaşatmış, onlar gənc pianoçunu ayaqüstə qalxaraq alqışlamışlar. Konsertin sonunda  Türkiyənin Norveçdə fəaliyyət göstərən səfiri Fazli Çorman və onun xanımı Gülhan Çorman, BMT Norveç Komissiyanın təmsilcisi Neha Ikram Bolqarıstan, Qazaxıstan səfirləri və Norveçin digər mötəbər quqrumlarından gəlmiş qonaqlar, Azərbaycanın Stokholm səfirliyinin müşaviri Cavanşir Məmmədov və başqaları Ayanla görüşərək, onun ifasında Azərbaycanın milli musiqilərini çox bəyəndiklərini bildirmişlər. Qürurverici haldır ki, hər zaman olduğu kimi, ölkəmizi layiqincə təmsil edən gənc pianoçu Ayan Məmmədli, bu dəfə də növbəti uğura öz imzasını ata bildi. Möhtəşəm musiqi ifasından əvvəl Ayanın “Mən bu gün Qalib ölkənin Qalib vətəndaşı olduğum üçün çox xoşbəxtəm!” nidası, yəqin ki, onun ifa etdiyi milli musiqilərimizlə birlikdə hələ uzun müddət qulaqlarda səslənəcək!

  

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər