BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rektoru Eldor Şermanovun rəhbərliyi ilə geniş nümayəndə heyətinin cari il 23-28 fevral tarixlərində Azərbaycana səfəri təşkil olunmuşdur. Nümayəndə heyətini səfərdə Mədəniyyət Mərkəzimizin inzibatçısı, ictimaiyyət və KİV-lərlə iş üzrə mütəxəssis Yusif Məmmədov müşaiyət edib.
Səfər çərçivəsində özbəkistanlı qonaqlar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində olmuş, rektor Ceyran Mahmudova ilə görüşmüş, əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılmış və tərəflər arasında əməkdaşlığa dair memorandum imzalanmışdır.
Tərəflər müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi, mədəniyyətin müxtəlif sahələrinə dair birgə tədqiqat işlərinin, tədrisə dair təcrübə mübadiləsinin aparılmasını razılaşdırıblar. Bundan başqa, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin təcrübəsindən yararlanaraq Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutun eyniadlı fakültənin açılması, müəllim heyətləri tərəfindən ildə bir dəfə qarşılıqlı olaraq bir aylıq dərslərin təşkili barədə razılıq əldə ediblər. Qonaqlar universitetin qazandığı nailiyyətlər, fakültələr, dərs prossesi, Azərbaycan tərəfinin qabaqcıl təcrübəsi ilə yaxından tanış olub, yerində bir sıra müzakirələr apararaq tədrisin daha keyfiyyətli təşkili, problemli sahələr üzrə əməkdaşlıq aparılmasını təsdiq ediblər.
Rektor Eldor Şermanov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudovanı cari ilin may ayında Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunda Türk dövlətləri tələbələri arasında keçiriləcək teatr festivalına dəvət edib.
Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rektoru Eldor Şermanovun rəhbərliyi ilə geniş nümayəndə heyəti Bakı Dövlət Universitetində olmuş, qonaqları rektor Elçin Babayev qəbul edib. Görüş və müzakirələrdən sonra hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa dair saziş imzalanıb. Sazişdə gələcəkdə müəllim, tələbə və elmi işçilərin mübadiləsi, informasiya və nəşrlərin mübadiləsi, birgə elmi tədqiqatların, maarifləndirici tədbirlərin təşkili, kadr hazırlığı məsələlərində əməkdaşlıq nəzərdə tutulub.
Özbəkistan nümayəndə heyəti Azərbaycan Milli Konservatoriyasında olub. Rektor Siyavuş Kərimi qonaqları qəbul edib. Konservatoriyanın fakültələri, kafedraları ilə Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun əməkdaşlığı, hər iki tərəfdə tədris prosesi, muğam sənəti, vokal, xalq çalğı alətlərinin tədrisi və s. istiqamətdə təcrübə mübadiləsi məsələləri müzakirə edilib, ali təhsil ocağının fəaliyyəti ilə yaxından tanışlıq olub. Tərəflər əməkdaşlığa dair ümumi razılığa gəliblər.
Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun nümayəndə heyəti tərəfindən Azərbaycan Dövlət Dillər Universitetinin rektoru Kamal Abdulla ilə də görüş keçirilib, əməkdaşlıq əlaqələri müzakirə olunub. Universitetdə olan digər xarici ölkələrin mərkəzləri tanış olan Özbəkistan nümayəndə heyəti gələcəkdə Azərbaycan Dövlət Dillər Universitetində Özbəkistan ocağının açılmasına dair razılıq əldə ediblər.
Sözügedən Mərkəzin qurulmasına yardım etmək məqsədilə Özbəkistan tərəfi özbək mədəniyyəti, ədəbiyyatına dair əyani vəsaitlər, banerlər, guşələr, eksponatlar, suvenirlər, geyimlər, nəşrlərlə təmin edəcəklərini bildiriblər.

image-img_20230228_182927

image-img_20230228_182943

image-img_20230228_182959

image-img_20230228_183018

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər