BAKU Azərbaycan
4.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Niderlandda yaşayan həmyerlimiz, Avropa Xəbər Agentliyinin əməkdaşı Vüqar Abbasovun bugünlərdə, mərkəzi idarəsi Almaniyada olan, Avropa Xəbər Agentliyində (European News Agency) Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı yazısı yayımlanıb (Adalet.az). Yazıda soydaşımız təxminən 30 il öncə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən, bu barədə BMT – nin dörd qətnaməsindən, Xocalı soyqrımından söhbət açıb. “Məlumat üçün qeyd edim ki, Ermənistan təxminən otuz il öncə Azərbaycanın ərazisi olan Dağlıq Qarbağ (o zaman belə adlanırdı, indi isə sadəcə Qarabağ adlanır) və yeddi rayonunu işğal etmişdi.  27 sentyabr 2020 – ci ildə başlayan və 10 noyabr 2020 – ci ildə bitən 44 günlük müharibə ilə Azərbaycan öz ərazilərinin bir hissəsini işğaldan azad etdi.” – deyə soydaşımız yazıb.  Soydaşımız həmçini qeyd edib ki, Azərbaycan tərəfinin mövqeyi belədir ki, Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər də Azərbaycanın digər bölgələri kimi Qarabağda da yaşaya bilərlər.  Daha sonra Vüqar Abbasov “Dünyanın bir çox ölkələrinin rəhbərləri də bu durumdan naratlğını ifadə ediblər. Anlaşılan ola bilərdi, əgər həmən dövlətlər 1992 – ci ildə Azərbaycanın ərazisi olan, o zamankı Dağlıq Qarabağ və digər yeddi rayon işğal olunanda, bir milyona yaxın insan öz yaşayış yerini tərk edəndə də narahat olsa idilər. Anlaşılardı, əgər 1992 – ci ilin 26 fevralında Xocalıda baş verənlərə də həssas münasibət bildirilsə idi. Amma bunu görmədik.  Özümə sual edirəm, görəsən nədən görmədik? Həmçinin sual edirəm, görəsən bu gün baş verənlərdən narahat olan bəzi dövlət başçıları bu narahatlıqlaırnda nə qədər səmimidirlər?” -  deyə sual edib.  Sonda isə soydaşımız Ermənistanın 30 il öncə Azərbaycan torpaqlarını Rusiyanın köməkliyi ilə işğal etdiyini qeyd edərək yazısını bu cümlələrlə bitirib: “Məsələ əslində çox fərqlidir. Böyük güclərin Qafqazda güc yarışmasıdır, maraqlarının təmin edilməsi savaşıdır. İllərdir Rusiya və bir çox Qərb dövlətləri Ermənistana tərəf saxladı, kimsə bunları görmədi. Bu gün Türkiyə Azərbaycana tərəf saxlayır, əslində isə haqlı tərəfə tərəfkeşlik edir. Bir çoxları isə bundan narahat olurlar. Məncə, narahat olmağına  dəyməz. Əgər belə narahatdırlarsa, Qafqaza rahatlıq versinlər və imkan versinlər ki, bu iki xalq, Erməni və Azərbaycan xalqı öz talelərinə özləri qərar versinlər İnanıram ki, belə olduğu halda, bu münaqişə, bir daha yenidən başlamamaq şərti ilə, sona çatar. ”

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər