BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Xəbər verildiyi kimi, 2024-cü il 1 və 7 avqust tarixləri aralığında vətənimizin ən gözəl guşələrindən biri olan Laçın şəhərində təşkil olunmuş “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinə həsr olunmuş tədbir baş tutmuşdur. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Laçında təşkil olunmuş bu möhtəşəm tədbirdə 60 ölkədən 115 gənc həmvətənimiz iştirak etmişdir.

Bir həftə ərzində Laçının, eləcə də Qarabağın tarixi, mədəni abidələri ilə tanışlıq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə həmsöhbət olmaq eləcə də əslən Laçından olan və dünyanın müxtəlif ölkələrində yaşayan laçınlıların təəssüratları, yaşadıqları kövrək və duyğusal anlara şahid olmaq ölkəmizin hüdudlarından kənarda yaşayan gənc soydaşlarımızın maraqlı, qürurlu eyni zamanda həyəcanlı vaxt keçirməsinə səbəb oldu.

Düşərgədə gənc soydaşlarımızın müxtəlif sahələr üzrə ekspertlər ilə görüş, maraqlı panel və seminarlarda iştirak etmək, əylənmək və intellektual oyunlar oynamaq imkanları da olmuşdur. Ekskursiya xarakterli “İslimi” xalçaçılıq mərkəzinə, “Gilabi Ceramics” mərkəzinə, Həkəri Balıq Təsərrüfatına, “Hoçazfilm” yaradıcılıq studiyasına, Zabux kəndinə, Şuşaya və Qarabağın bir sıra digər şəhərlərinə səfərlər çox yüksək səviyyədə təşkil olunmuşdur. Həmçinin düşərgə iştirakçılarının gənc soydaşımız, kosmonavt Tuva Cihangir Atasevər ilə, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova Tohidi ilə görüşü baş tutmuş, daha sonra isə Şuşa, Xocalı, Xankəndi və Əsgərən qalasının ziyarət edilməsi həyata keçirilmişdir.

Belə düşərgələr xaricdə yaşayan, təhsil alan yeni nəsil azərbaycanlıların ölkəmizlə bağlarını möhkəmləndirmək, Azərbaycanı yaşadıqları ölkədə təmsil etmək bacarıqlarını inkişaf etdirmək və yeni dostlar qazanmaq üçün gözəl fürsətlər yaradır.  Polşa Azərbaycanlıları Şurası da düşərgədə iştirak edib. Belə ki, PAŞ-ın Varşava üzrə kordinatoru Tuncay Novruzzadə, eləcə də PAŞ-ın iki üzvü Haldun Məmmədli və Anar Abdulov adlı gənc soydaşlarımız Polşa Azərbaycan diasporunu və Polşada yaşayan gənclərimizi düşərgədə təmsil ediblər.

"Bu cür düşərgələrin təşkili Azərbaycandan xaricdə yaşayan həmvətənlərimizin birliyi, gənc nəsil Azərbaycanlıların sıx və qarşılıqlı münasibətlər qurması, ümumi Azərbaycan Diasporunun geniş-miqyaslı inkşafı və effektiv şəkildə birgə fəaliyyət göstərməsində təqdirəlayiq və əvəzolunmaz yer tutur.

Gənclərimizə yaradılan imkanlara, göstərilən diqqət və qayğıya görə Diasporla İş üzrə Dövlət Komitəsinə dərin təşəkkürlərimizi bildiririk", deyə PAŞ-dan bildirilib.

image-454740560_934166852072037_3182378971761686338_n image-455025361_934166945405361_1948759186904608702_n image-455249494_934166992072023_6191038553481185267_n image-455311484_934166938738695_7331119369146745385_n image-455777201_934166855405370_6753983991245044296_n image-455814681_934166912072031_568999437206313277_n

Son xəbərlər

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Bütün xəbərlər