BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Rusiyanın Orenburq vilayətində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Şeir xəzinəsi: Füzuli irsi ilə dialoq” beynəlxalq qiraət müsabiqəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, Yaşar Məsimovun rəhbərliyi ilə Orenburq Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyəti (ARMM) tərəfindən təşkil olunan müsabiqə Rusiya, Azərbaycan, Qazaxıstan və Hindistandan olan iştirakçıları bir araya gətirib.

Müraciətlərin qəbulu 2024-cü il oktyabrın 15-də başlayıb və 2025-ci il yanvarın 31-də başa çatıb. Müsabiqədə 7-81 yaş arası 80 qiraətçi iştirak edib. Müsabiqə komissiyası təqdim olunan videoçarxları nəzərdən keçirərək dörd yaş qrupu, həmçinin “Tamaşaçıların rəğbəti mükafatı” xüsusi nominasiyası üzrə qalibləri müəyyən edib.

Orenburqdakı Azərbaycan Mədəniyyət Mərkəzində qaliblərin təntənəli mükafatlandırma mərasimi keçirilib. Tədbirdə 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri, eləcə də “Tamaşaçıların rəğbəti mükafatı”nın qalibi pul mükafatları və diplomlarla, qalan iştirakçılar isə sertifikatlarla təltif olunub.

Orenburq ARMM-nin sədri Yaşar Məsimovun qeyd etdiyi kimi, “müsabiqə bir daha sübut etdi ki, poeziya sərhəd tanımır və müxtəlif millətlərdən və yaşdan olan insanları birləşdirir. Füzuli irsi insanların qəlbində yaşamaqda və onları yaratmağa ruhlandırmaqda davam edir”.

Təşkilatçıların sözlərinə görə, iştirakçıların qiraət nümunələri 200 mindən çox baxış toplayıb. Müsabiqə müxtəlif mədəniyyətlərin və ölkələrin nümayəndələrini böyük şairin irsi ilə dialoqda birləşdirərək geniş ictimai rezonans doğurub.

//youtu.be/Oxl0Hwjewns?si=DGHYK1xX8mjftWMs

         

   

Son xəbərlər

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Bütün xəbərlər