BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bu gün Polşada Azərbaycanlıları Şurasının rəhbəriyi Avropa Konqresinin Polşada keçirilən 10-cu Yerli Hakimiyyət Qurumları Forumunda iştirak edib. Bu haqda PAŞ-dan məlumat verilib. "Forumda 39 ölkədən 500-dən çox qonaq iştirak edirdi. Tədbir çərçivəsində onlarla plenar sessiya və yan tədbirlər təşkil olundu. Miqrasiya, turizm, yaşıl enerji və digər innovativ mövzuları əhatə edən müzakirələrlə yanaşı, musiqi və incəsənət sahələrinə həsr olunmuş xüsusi sessiyala da keçirildi.

Polşa Azərbaycanlıları Şurası (PAŞ) olaraq biz, xüsusilə Polşada yaşayan əcnəbilərlə bağlı məsələləri əhatə edən aşağıdakı panellərdə iştirak etdik:

- QHT-lərin Polşa Təhlükəsizliyindəki Rolu
- Vətəndaş Cəmiyyəti və Yerli Hökumət
- Miqrantların və Məcburi Köçkünlərin Yerli Cəmiyyətə Təsiri

Panellərdə Polşa yüksək dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, yerli idarəetmə orqanlarının təmsilçiləri və vətəndaş cəmiyyəti fəalları iştirak edirdi.

"Miqrantların və Məcburi Köçkünlərin Yerli Cəmiyyətə Təsiri" panelində mühüm məsələlər müzakirə olundu. Panelin spikerləri arasında Polşa Respublikası Seym Deputatı Franciszek Sterczewski, Przemysl şəhərinin meri Wojciech Bakun və Ukrayna Fondunun prezidenti Myroslava Keryk yer alırdı. Müzakirələrdə miqrantların Polşa cəmiyyətinə inteqrasiyası, sosial adaptasiya prosesləri və bu sahədə həyata keçirilən fəaliyyətlərin təsiri geniş şəkildə təhlil olundu. Eyni zamanda, qarşılıqlı əməkdaşlıq və sosial inteqrasiya mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı bir sıra vacib təkliflər irəli sürüldü.

Bundan əlavə, forum çərçivəsində musiqi və incəsənətlə bağlı xüsusi sessiyalarda da iştirak etdik. Bu sessiyalarda mədəni diplomatiyanın rolu, incəsənətin müxtəlif icmalar arasında ünsiyyəti gücləndirməsi və multikultural mühitin inkişafına töhfələri kimi mövzular müzakirə edildi.

Polşada getdikcə daha da güclənən Azərbaycan icması olaraq, bu forum çərçivəsində Polşa cəmiyyəti ilə əlaqələrin inkişaf etdirilməsi, mədəni və ictimai sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində əhəmiyyətli müzakirələr apardıq. Polşa Azərbaycanlıları Şurası olaraq yaxın gələcəkdə bu sahədə bir sıra effektiv layihələri ictimaiyyətə təqdim etməyi planlaşdırırıq.

Bu forumda iştirak etməyimiz beynəlxalq miqyasda fikir mübadiləsi aparmaq və Polşada yaşayan əcnəbilər üçün mühüm məsələlərin müzakirəsinə töhfə vermək baxımından əhəmiyyətli bir imkan oldu",-deyə məlumatda bildirilib.

image-333

Son xəbərlər

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Bütün xəbərlər