BAKU Azərbaycan
9.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov almaniyalı həkimləri qəbul edib.

Komitədən saytımıza verilən məlumata görə, görüşdə Almaniyanın Troisdorf şəhərində yerləşən Radiologiya, Təbabəti və Neyroradiologiya Klinikasının rəhbəri, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru, dosent Nuran Abdullayev, Münhen Klinikası nəzdində Diaqnostik və İntervensional Radiologiya və Neyroradiologiya İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Anastasios Mpotsaris, Almaniyanın Aşaffenburq-Alsenau Xəstəxanasının Radiologiya və Neyroradiologiya şöbəsinin müdiri Volker Maus, Berlin şəhərində yerləşən Fürstenberq Karree Tibb Mərkəzinin patoloq-həkimi Hendrik Yan Yütte və Almaniyanın Aaxen Universitet Klinikasının Radiologiya şöbəsinin həkimi Sebastian Sanduleanu, Almaniya Azərbaycanlıları Alyansının idarə heyətinin sədri, Köln Azərbaycan Evinin həmtəsisçisi Altay Rüstəmov, Köln Azərbaycan Evinin həmtəsisçisi Ağa Ağayev iştirak edib.

Qonaqları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edən komitə sədri ölkəmizin müasir inkişaf istiqamətləri,  70-dən çox ölkədəki Azərbaycan icması ilə həyata keçirilən genişmiqyaslı layihələr barədə məlumat verib. Bildirib ki, müasir Azərbaycanın inkişafı, dövlət başçısının beynəlxalq arenada əldə etdiyi mühüm uğurlar diasporumuz üçün yeni imkan və çağırışlar müəyyən edir.

Görüşdə azərbaycanlı həkimlərin bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərdiyi, öz bilik və təcrübələri ilə yaşadıqları ölkələrin səhiyyə sisteminə töhfələr verdiyi qeyd olunub. Almaniyada da çoxsaylı azərbaycanlı həkimin çalışdığı, ölkənin nüfuzlu elmi tədqiqat mərkəzlərində fəaliyyət göstərdikləri xatırladılıb, Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin Forumunun bir neçə dəfə təşkil olunduğundan danışılıb. Forumların həkimlərin işbirliyinin stimullaşdırılmasına xidmət etdiyi, dayanıqlı və rəqabətqabiliyyətli diaspor fəaliyyətinin yaranmasına gətirib çıxardığı qeyd olunub.

Qonaqlar səmimi qəbula görə təşəkkür edib, Azərbaycana səfərin onlarda böyük maraq yaratdığını nəzərə çatdırıblar. Müasir tibbi biliklərin bölüşdürülməsinin əhəmiyyətini vurğulayan almaniyalı qonaqlar həkimlərin forumlarının təşkilinin uğurlu nəticələrinə diqqət çəkib, qazanılan təcrübələrdən qarşılıqlı yararlanmağın və əməkdaşlığın şaxələndirilməsinin vacibliyini bildiriblər.

Görüşdə, həmçinin Almaniyadakı Azərbaycan icmasının cəmiyyətə inteqrasiyası, davamlı müzakirə platformalarının yaradılması, mümkün potensial əməkdaşlıq imkanları geniş müzakirə olunub.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyada Azərbaycanlı Həkimlərin I Forumu 2022-ci ildə Köln şəhərində, II Forumu 2023-cü ildə Berlin şəhərində, III Forumu isə 2024-cü ildə Bonn şəhərində keçirilib.

image-20260209095406_komite_sedri_almaniyali_hekimlerle_go-ru-s-u-b_-1 image-20260209095406_komite_sedri_almaniyali_hekimlerle_go-ru-s-u-b_-2

Son xəbərlər

Krasnoyarskda Novruz bayramı qeyd olunub

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Bütün xəbərlər