BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Niderlandın Haaqa şəhərində Azərbaycan-Niderland Odlar Yurdu Cəmiyyətinin planlaşdırdığı 18 sentyabr Milli Musiqi gününə həsr edilən konsert proqramı təxirə salındı.

Bildiyimiz kimi, 12 sentyabrdan 13-ə keçən gecə Ermənistanın təxribatı nəticəsində Azərbaycanla Ermənistanın demarkasiyası olunmamış sərhəddində Milli Ordumuzun 80 qəhrəmanı şəhid olmuşdur. Bu üzdən Milli Musiqi gününə planlaşdırılmış konsert proqramı anım günü ilə əvəz olundu.
Tədbiri giriş sözü ilə açan Azərbaycan- Niderland Odlar Yurdu Cəmiyyətinin sədri Frəngiz Bağırova bildirib: “Əziz həmvətlilərim, həmyerlilərimiz, artiq bir neçə həftədir ki, Azərbaycan-Niderland Odlar Yurdu Cəmiyyəti olaraq 18 sentyabr, Milli Musiqi gününə həsr edilmiş tədbirimizlə bağlı sizlərə media yolu ilə məlumat verirdik. Amma məlum hadisələr ucbatından Vətən yolunda canını fəda etmiş 80 Şəhidimizin ruhuna hörmət əlaməti olaraq tədbirimizin mahiyyətini dəyisdirməyə qərar verdik. Bu gün biz burda Şəhidlərimizin əziz xatirəsini anmaq üçün yığışmışıq.

Hər zaman olduğu kimi Vətənimizin yanındayıq, ürəyimiz, ruhumuz Vətənlə döyünür. Şəhid olan hər bir bala, bizim də balamızdı. Bunu hamımızın adından deməyə ərk edirəm, çünki bilirəm siz də mənim kimi neçə gündü ağlayıb, qazilərimizə şəfa, o nur üzlü Şəhidlərimizə rəhmət diləyirsiniz”.

 

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra anım tədbiri öz işinə başladı.
Azərbaycanın Dövlət Himni Frəngiz xanımın ifasında akapella olaraq səsləndi. Niderlandda fəaliyyət göstərən icma və təşkilat sədrlərinin çıxışı oldu.
Onu da qeyd edək ki, konsert proqramı üçün danışılan zalın müdiriyyəti, tədbirdən bir neçə saat öncə Frəngiz xanıma zəng edib, hansısa erməni(lər) tərəfindən olan zənglər və messajlara məruz qaldığını bildirib. Bu üzdən binada anım proqramını keçirmək icazəsini geri çəkdiklərini bildiriblər.
Ona görə də anım tədbirinin məkanı dəyişdirilib.

image-received_610857370519571image-received_1560016594468450image-received_857171798581776

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər