BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Benilüks” Azərbaycanlıları Konqresi və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığı və İydə Perfumery – nin tərəfdaşlığı ilə 22 iyul Milli Mətbuat günü münasibəti ilə “Media nümayəndələrinin təltifetmə mərasimi” keçirilib.

Mərasimdə rəsmi şəxslər, millət vəkilləri Elman Nəsirov, Vüqar İsgəndərov, “Dayaq” Təşkilatının sədr müavini Məcid Məmmədov, İcraçı direktor Zamin Zeynal, diaspor və media nümayəndələri, QHT təmsilçiləri iştirak edərək çıxış etdilər.

Təltifetmə mərasimində çıxış edənlər jurnalistləri təbrik etdikdən sonra Azərbaycan mətubatının tarixi və bu gününə nəzər salaraq qeyd etdilər ki, müasir dövrümüzdə peşəkar jurnalistikanın daha da inkişafı fonunda vətəndaşlarımızı vaxtında informasiya ilə təmin edilməsi istiqamətində media qurumlarının fəailiyyət imkanları hər gün genişlənərək, ölkəmizdə xəbər təlabatını uğurla həyata keçirirlər. Natiqlər çıxışlarında onu da vurğuladılar ki, hazırki dövrümüzdə aparıcı əhəmiyyət kəsb edən on-line medianın sürətlə inkişafı, 44 günlük müharibə vaxtı və ondan sonrakı dövrdə milli vətənpərvər ruhda jurnalistərimizin fədakar fəaliyyəti diqqətəlayiqdir. Gələcəkdə də bu sayaq tədbir və təşəbbüslərin olması Azərbaycan mediasına ictimai dəstəkdir.

Mükafatlandırma mərasimdə “Benilüks” Azərbaycanlıları Konqresinin sədri Elsəvər Məmmədov çıxış edərək bildirdi ki, Azərbaycan mediası beynəlxalq müstəvidə milli, vətənpərvər əzimdə fəaliyyət göstərən diaspor fəalları ilə görüşərək onların Azərbaycan həqiqətlərinin dünyaya çatdırması yönümündə gördükləri işləri daima işlqlandıraraq həmrəylik nümayiş etdirirlər. Elsəvər Məmmədov onu da qeyd etdi ki, mətbuat cəmiyyətin güzgüsüdür, mətbuatın inkişafına ictimai dəstək və qarşılıqlı əməkdaşlıq münasibətləri dövlət başçısı cənab İlham Əliyevin məqsədyönlü uğurlu siyasətinə vətəndaş cəmiyyəti dəstəyidir.

“Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev mərasimdə çıxış edərək bildirdi ki, 44 günlük haqq savaşı dönəmində Azərbaycan jurnalistlərinin həm ön cəbhədə, həm də arxa cəbhədə, eyni zamanda informasiya savaşında göstərdikləri vətənpərvər fəaliyyət, Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan ordusunun tarixi qələbə zəfərinin əldə edilməsində etdikləri informasiya həssaslığı, müharibə prosesinə ehtiyatla yanaşma, xalqımızın milli maraqlarına xidmət göstərmələri jurnalistlərimizə qarşı hər birimizin vəzifəsindən, peşədindən asılı olmayaraq dərin hörmət və diqqətini artırmışdır.

Jurnalistlərin mükafatlandırılması ilə bağlı “Benilüks” Azərbaycanlıları Konqresinin sədri Elsəvər Məmmədov mətbuata açıqlamasında bildirdi ki, Milli Mətbuat günü münasibətilə “Dayaq” Təşkilatı ilə birgə belə bir tədbiri təşkil etməkdə məqsəd jurnalistlərin peşə bayramında onların əməyinə yüksək qiymət verməklə yanaşı, birlik, həmrəylik nümayiş etdirməkdir. Elsevər Məmmədov onu da xüsusi olaraq vurğuladı ki, dövlət başçısı cənab İlham Əliyev tərəfindən jurnalistlərə göstərilən diqqət və qayğı vətəndaş cəmiyyəti tərəfindən dəstəklənərək ictimai-siyasi mədəni dəstək nümayiş etdirilməkdədir.

image-img-20220719-wa0108image-img-20220719-wa0099image-img-20220719-wa0107image-img-20220719-wa0106image-img-20220719-wa0103image-img-20220719-wa0101

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər