
"FHN İdman Sağlamlıq mərkəzi" karate klubunun yetirməsi “Grand Prix”in birincisi olub
Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə 10-12 aprel 2026-cı il tarixlərində Bakı şəhərində keçirilən “Grand Prix” beynəlxalq karate turnirinin rəsmi açılış mərasimi baş tutub.
Planetinfo.az xəbər verir ki, 10-12 aprel 2026-cı il tarixlərində Sərhədçi İdman Mərkəzində “Grand Prix” beynəlxalq karate turniri keçirilib. Turnir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Karate Federasiyasının rəhbərliyi və təşkilatçılığı ilə baş tutur. Yarışda 6 ölkəni təmsil edən 700-ə yaxın
idmançı iştirak edib.
Bu mötəbər yarışda, Sumqayıt şəhər 24 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Nuray İbadova iştirak edərək fəxri kürsünün I pilləsinə yüksəlib. Xatırladaq ki, Nuray İbadova "FHN İdman Sağlamlıq mərkəzi" karate klubunun yetirməsidir. Klubun rəhbəri Füzuli Musayev, baş məşqçisi isə Murad Hacızadədir.





