BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

27-28 avqust tarixlərində “RM” İdman Klubu və Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının birgə təşkilatçılığı ilə "Dəmir Yumruq" deviz altında Qarabağ zəfərinə həsr olunmuş açıq turnir - idman festivalı baş tutub.

 

Festivalda Braziliya Ciu-citsusu, kikboksinq və MMA idman növləri üzrə yarışlar keçirilib.
Yarışlara müxtəlif çəki dərəcələri və yaş kateqoriyalarından 700-ə yaxın idmançı qatılıb.
Yarışa başlamadan öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və himnimiz səsləndirilib. 
Açılış sözü ilə çıxış edən Braziliya Ciu-Citsu Federasiyasının Prezidenti Aqil Acalov Laçının azad olunması münasibəti ilə xalqımızı təbrik edib. O, sevinc hissi ilə "Dəmir yumruq" simvolu olan Ordumuzun artıq Laçında olduğunu bildirərək, bu qalibiyyəti şəhidlərimizə, qazilərimizə, Milli Ordumuza və müzəffər Ali Baş Komandanımıza borclu olduğumuzu vurğulayıb. A.Acalov qeyd edib ki, bu festival həm də idman ictimaiyyətinin, qurumlararası həmrəyliyin bariz göstəricisidir. Ona görə də bu gün belə ruh yüksəkliyi ilə, məmnuniyyətlə birlikdə yarış keçiririk.

Daha sonra söz "RM" İdman Klubunun icraçı direktoru Tural Cavadova verilib. T.Cavadov iştirakçıları və bütün azərbaycanlıları tarixi torpağımız olan Laçının işğalçılardan azad edilməsi münasibətilə təbrik edib. O, Qarabağ zəfərinə həsr olunmuş yarışın devizinə uyğun olaraq Vətən uğrunda canlarından keçmiş oğulların xatirəsini yaşatmaq məqsədinin vacibliyini qeyd edib. "Dəmir yumruq" devizi altında keçirilən idman turnirində iştirak etməyin böyük bir uğur olduğunu  vurğulayan icraçı direktor bütün iştirakçılara müvəffəqiyyət arzulayıb.

Turnirin açılışında iştirakçıları təbrik etmək üçün öz musiqi nömrələri ilə çıxış edən müğənnilər və rəqs qrupları tədbirə yüksək əhval-ruhiyyə qatıblar.

Qeyd edək ki, yarışlar iki gün davam edib. 27 avqust tarixində həvəsakar idmançılar öz güclərini sınayıb, növbəti gün isə peşəkar idmançılar arasında döyüşlər davam edib. Qaliblər medal, diplom və digər mükafatlarla təltif olunublar.

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər