BAKU Azərbaycan
12.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən komitə sədri Tahir Mirkişili qeyd edib ki, aparılan müzakirələr, həyata keçirilən təhlillər iqtisadi siyasətdə daim çevik və bəzən qeyri-standard alətlərin tətbiqini, büdcə planlaşmasının və icrasının daim təkmilləşdirilməsini tələb edir. 

Xeber7-nin məlumatına görə deputat bildirib ki, bu baxımdan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi olaraq iqtisadi proseslərin yaxşılaşmasına xidmət edəcək bir neçə təklifi də diqqətinizə çatdırmaq istərdim: “1. Uzun illərdir büdcə gəlir və xərclərinin icrasının təhlili, xərclərin böyük hissəsinin ili 4-cü rübünə təsadüf etməsi, ilin sonuna layihələrin maliyyələşməsinin başa çatması zərurəti, bəzi dövlət orqanlarında, məsələn xərclərdə böyük paya malik təhsil sektoruna fəaliyyətin sentyabr ayında başlaması, ilin 1-ci rübündə iqtisadi aktivliyin aşağı olması, bunun obyektiv yoxsa subyektiv səbəblərdən qaynaqlandığı daim müzakirə mövzusudur. Bu problemlərin həlli üçün müxtəlif mexanizmlərin olduğunu qəbul etməklə yanaşı, məsələnin makro səviyyədə həlli üçün ölkəmizdə büdcə ilin təqviminin dəyişdirilməsini təklif edirik. Büdcə təqvim ilin Azərbaycanda 01 yanvardan deyil, 01 apreldən başlanmasını və növbəti ilin 31 martında başa çatmasını təklif edirik.

Belə ki, dünyanın bir çox ölkələrində, məsələn, Böyük Britaniya, Sinqapur, Yaponiya, Küveyt də s kimi ölkələrdə büdcə ili təqvimi 1 yanvardan deyil, 1 apreldən başlayır və 31 martda başa çatır. Buna keçməyin mürəkkəb bir proses olduğunu anlayır, amma keçidin bir çox problemlərin həllinə də birdəfəlik rəvac vercəyinə inanırıq. Hesab edirik ki, belə bir dəyişiklik layihələrin, tədbirlərin maliyyələşməsində, büdcə planlaşmasının və parlament müzakirələrinin daha səmərəli keçməsinə imkan yarada bilər”. İkinci təklifdən bəhs edən komitə sədri bildirdi ki, mövcud şəraitdə inflyasiya ilə mübarizə nə qədər vacib olsa da, onun səviyyəsini istədiyimiz səviyyədə aşağı salmaq çətin olacaq: “Çünki inflyasiyanın strukturunda idxalın rolu böyükdür. Dünyada İqtisadi artımı zəiflədəcək antiinflyasiya tədbirləri, xüsusilə də monetar və fiskal siyasətin sərtləşdirilməsi böyük itkilərə səbəb olmaqdadır. Ona görə hesab edirik ki, istehsal ilə bağlı təklifin selektiv formada stimullaşdırılması, kütləvi istehlakın məhdudlaşdırılması üçün hibrid iqtisadi siyasətin aparılması vacibdir. Belə görsənir ki, iqtisadi böhrandan qaçmağın düzgün yolu yüksək inflyasiya şəraitində iqtisadi artımın sürətlənməsi olacaqdır. Bunun üçün yeni dəyər yaradan əsas investisiya xərclərinin artırmasını təklif edirik. Bunun üçün özəl sektorun imkan və bacarıqlarından daha çox istifadə edilməsini məqsədəuyğun hesab edirik”.

 Və nəhayət, üçüncü təklif: “Büdcə strukturunda nəzarətin, təhlilin asanlaşdırılması üçün ilk öncə Vahid Büdcə Təsnifatının təkmilləşdirilməsini, büdcə planlaşmasının struktural olaraq tam elektronlaşmasının vacibliyini bir daha qeyd etmək istərdik. Bu həm də nəticə əsaslı büdcəyə keçid, qoyulan hədəflərin yerinə yetirlməsinə nəzarət baxımından da vacib və əvəzedilməz alətdir. Müşahidələrimiz göstərir ki, insan faktorunun bu prossesdə həlledici olması bir çox texniki qeyri-iradi səhvlərin yaranmasına səbəb olur. Fikrimizcə, bu səhvlərin aradan qaldırılması iqtisadi siyasətin səmərliliyinə birbaşa müsbət təsir edəcək”.

Çıxışının sonunda T.Mirkişili həmkarlarına xitab etdi: “Hörmətli həmkarlar! Yekun olaraq, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Büdcə zərfinə daxil olan qanun layihələri ilə bağlı aparılan Milli Məclisdə aparılan müzakirələri əhatəli və məhsuldar hesab edir. Hesab edirik ki, müzakirə etdiyimiz dövlət büdcəsi layihəsi 2023-ci il üçün iqtisadi imkanlara əsaslanaraq ölkəmiz qarşısında yaranacaq çağırışlara layiqli cavab vermək və bütün istiqamətlərdə dövlət siyasətini həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacaqdır. Bunları nəzərə alaraq Büdcə Zərfinə daxil olan layihələri Milli Məclisin plenar iclasında 1-ci oxunuşda müzakirə üçün məqbul hesab edirik. Deputat həmkarlarıma da bu layihələri dəstəkləmələrini xahiş edirəm”.

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər