BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Biz Milli Məclisin İqtisadi siyasət komitəsi olaraq ölkədə dərman bazarının tənzimlənməsi məqsədilə geniş təhlillər aparmışıq. Gəldiyimiz qənaət bundan ibarətdir ki, bazarda vətəndaşlarımızın hazırda üzləşdikləri iki mühüm çətinlik var: qıtlıq və qiymət. 2015-ci ildən başlayaraq Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiyməti Tarif Şurası tərəfindən müəyyən olunur. Bunun müsbət və mənfi tərəfləri müşahidə olunur. Həqiqətən də, bu tənzimlənmə bir çox dərman vasitələri üzrə qiymətlərin enməsinə səbəb olsa da, müəyyən zaman keçdikdən sonra bəzi dərman şirkətlərinin ölkəmizi tərk etməsinə və həmin məhsulların bazarda yoxa çıxmasına səbəb olub. Əvəzində həmin dərman vasitələrinin dəfələrlə baha qiymətə ölkədə qeyri-qanuni şəkildə təklif olunması müşahidə olunur”.

 

"Xeber 7" məlumat verir ki, bu sözləri Oxu.Az-a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. Millət vəkili ölkədə dərman qiymətlərinin tənzimlənmə mexanizmindən də söz açıb:

 

“Araşdırmalar göstərir ki, bəzi ölkələrdə qiymətlərin dövlət tərəfindən tənzimlənməsi bütün dərman vasitələrini deyil, əsas strateji tələbat duyulan dərman vasitələrini əhatə edir. Bəzi ölkələrdə isə dərman vasitələrinin qiyməti deyil, qiymətin yuxarı həddi tənzimlənir. Burada əsas məsələ - bu alətin çevik, doğru kriteriyalara əsaslanan, sosial ilə yanaşı, iqtisadi məqsədlə tətbiq olunan qiymət hesablama üsullarının seçilməsidir”. 

Deputat diqqətə çatdırıb ki, ümumiyyətlə, dərman vasitələri qiymətləri ilə bağlı məsələnin bir neçə tərəfi var:

“İlk olaraq deyim ki, Türkiyə bazarındakı dərman qiymətləri ilə Azərbaycan bazarındakı qiymətləri müqayisə etməyin nə dərəcədə uğurlu olması araşdırılır. Çünki Türkiyə dünyada dərman qiymətlərinin ən ucuz olduğu ölkələrdən biridir. Bunun da bir neçə səbəbi var. Yerli istehsalın olması, bazarın böyük olması, hökumətin sərt siyasəti bu səbəblərdəndir. Amma bütün bunlarla yanaşı, Türkiyənin dərman bazarında digər problemlər də var. Qiymətin ucuz olması bir çox dərmanların Türkiyə bazarında artıq yoxa çıxmasına səbəb olub. Məsələn, son bir ildə apteklərdə satılan hər dörd dərmandan biri artıq Türkiyə bazarında yoxdur.

İqtisadiyyatın qızıl qaydası var ki, özəl sektorun satdığı məhsulların qiymətləri dövlət tərəfindən inzibati qaydalarla tənzimlənirsə, o, bəzi məhsulların müəyyən müddətdən sonra bazarda olmamasına gətirib çıxarır. Çünki belə halda bəzən sahibkarlara istehsal etmək, idxal etmək sərf etmir, bu zaman həmin məhsulu daha yüksək qiymətlə başqa bazarlara sata bilirlər. Türkiyə bazarı hazırda bu amillə üzləşir, artıq Türkiyədə də bu vəziyyətdən narahatdırlar. Amma istənilən halda Türkiyə bizə qardaş və qonşu ölkədir. İnsanlarımızın ən çox səyahət etdikləri ölkədir və vətəndaşlarımızın indiki şəraitdə qiymətləri müqayisə etmələri anlaşılandır”.

Həmsöhbətimiz hazırda şəxsi istifadə üçün gətirilən dərman preparatlarının sayının və həddinin müəyyən edilməsi üzərində iş getdiyini bildirib:

“Mövcud qanunvericiliyə görə, fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan 800 dollar həcmində mallar ölkəyə ayda bir dəfə vətəndaşlar tərəfindən gömrük rüsumu ödəmədən gətirilə bilir. Bu qayda dərman məhsullarına da aiddir. Göründüyü kimi, burada əsas şərt “kommersiya məqsədləri üçün istifadə edilməməsi”dir.

Milli Məclisdə Dövlət Gömrük Komitəsinin sədr əvəzi ilə görüşdə o, vətəndaşlar tərəfindən şəxsi istifadə üçün bir neçə qutu dərmanın gətirilməsinə indi də hər hansı bir məhdudiyyətin qoyulmadığını bildirdi. Amma bəzən xeyli sayda dərman preparatları gətirənlər olur və bu preparatların kommersiya məqsədilə gətirilməsinə dair gömrük orqanlarında şübhə yaranır.

Azərbaycanda dərman məhsullarının idxalında rüsum yoxdur, yalnız əlavə dəyər vergisi ödənilməlidir. Hazırda şəxsi istifadə üçün gətirilən dərman preparatlarının sayının, həddinin müəyyən edilməsi üzərində iş gedir. Bununla bağlı Milli Məclisin komitələri və hökumət arasında müzakirə baş tutacaq. Hesab edirəm ki, belə bir qaydanın müəyyən edilməsi bu mübahisələrə son qoya biləcək”.

Millət vəkili digər mühüm bir məsələyə də diqqət çəkərək vurğulayıb ki, bizdə dərman vasitələrinin qeydiyyatı və idxalı ilə bağlı nəzarət qaydaları mövcuddur:

“Məsələn, idxal olunan dərman vasitəsi hökmən dövlət qeydiyyatından keçməlidir, qeydiyyat üçün müraciət istehsalçı tərəfindən edilməlidir, istifadə təlimatı, qutudakı yazılar mütləq Azərbaycan dilində olmalıdır, idxal zamanı məhsullar laboratoriyadan keçməlidir və s. Bu qaydalar təhlükəsizlik üçün vacib olsa da, bir çox hallarda xərclərin çoxalmasına, bəzi iri dərman istehsalçılarının bazardan imtina etməsinə, nəticədə isə qiymətlərin yüksək olmasına gətirib çıxara bilir. Araşdırmalarımız göstərir ki, hazırda dərman vasitələrinin ölkəmizdə qeydiyyatı bəzən 12-18 ay çəkir.
 
Bəzi ölkələr var ki, daha yumşaq nəzarət tədbirlər tətbiq edirlər. Məsələn, Gürcüstanda bir çox ölkələrdə (Avropa Birliyi, ABŞ, Türkiyə və s.) qeydiyyata alınmış dərman vasitələrini ya avtomatik, ya da daha sadələşdirilmiş formada qeydiyyata alırlar, istifadəçi təlimatı ilə bağlı yumşaq tələblər müəyyən ediblər. Bu sistem Gürcüstan bazarında dərman vasitələrinin ucuzlaşmasına gətirib çıxarıb. Göründüyü kimi, müxtəlif yanaşmalar var”.

Tahir Mirkişili əlavə edib ki, dövlətin əsas vəzifəsi əhalinin təhlükəsizliyini təmin etmək, keyfiyyətsiz və ziyanlı dərman vasitələrinin dövriyyəsinin qarşısını almaqla bağlıdır, amma bu da bəzən qiymətlərin yuxarı olmasına gətirib çıxarır:

“Hazırda hökumətdə araşdırma aparılır. Bütövlükdə yanaşma bundan ibarətdir ki, yeni bir tənzimləməyə və yanaşmaya ehtiyac var. Bizim əsas məqsədimiz birinci növbədə əhalinin təhlükəsizliyini qorumaq, saxta və yaxud da keyfiyyətsiz dərmanların bazara gəlməsinin qarşısını almaqdır. İkinci bir tərəfdən də tənzimləmə elə olmalıdır ki, bazarda dərman qıtlığı müşahidə olunmasın, eyni zamanda qiymətlərin enməsinə şərait yaransın. Biz də düşünürük ki, həm dərman vasitələrinin qiymətlərinin tənzimlənməsində, həm qeydiyyat və nəzarət mexanizmlərində yeni yanaşmalara zərurət yaranıb”.

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər