BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

17 may 2025-ci il tarixində Xocavənd şəhərində Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynli tərəfindən yaradılmış şəhərin ilk ictimai-sosial obyekti olan “Xocavənd” otelinin açılış mərasimi keçirilib.

Açılışda Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Türkiyə Prezidentin baş müşaviri Yalçın Topçu, Türkiyə Respublikasının Prezidentinin Baş müşavirliyinin şöbə müdiri Fatih Topaktaş, Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynli, hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə respublikamızın müstəqilliyi, ərazi bötövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynli açılışda bildirib ki,  17 may 2025-ci il tarixi həyatımda növbəti uğura imza atdığım gün kimi xatirimdə qalacaq: “Azərbaycan Respublikasinın Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin abadlaşdırılması və yenidən qurulması istiqamətində verdiyi sərəncam təkçə dövlət qurumlarının deyil, həmçinin iş adamlarının, hamımızın borcudur. Uğrunda vuruşduğum, az qala ölümcül yaralandığım Xocavənd şəhərində eyniadlı otelin tam təmiri mənim üçün prinsip məsələsi idi, o mənada ki, bəlkə də iqtisadi rentabelliyə malik olmayan bu obyektin istifadəyə verilməsini mənim dövlətə və xalqa bu istiqamətdə verəcəyim töhfə sanıram. Torpaq uğrunda vuruşmaq azdır, onu həm də yaşatmaq gərəkdir”.

O, zamanında bütün hərbi uğurlarının doğma Xocavənd şəhəri istiqamətində gedən döyüşlərdə olduğunu deyib.

Ağdam, Füzuli, Xocavənd rayonları üzrə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov çıxşında deyib ki,  “Xocavənd” otelinin təmir edilib, istifadəyə verilməsilə Milli Qəhrəman İbad Hüseynlinin bu nəcib hərəkəti iqtisadi baxımdan simvolik xarakter daşıyır.

Tədbirdə Türkiyə Prezidentin baş müşaviri Yalçın Topçu çıxışına Prezident Rəcəb Tayyib Ərdoğanın və türk millətinin salamlarını çatdırmaqla başlayıb: “BMT və ATƏT-in qərarlarına baxmayaraq, 30 ildir ki, Ermənistan silahlı qüvvələri və terror təşkilatları tərəfindən işğal və soyqırımı altında olan Qarabağ öz qəhrəman övladlarının nəcib qanı, böyük iradə və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan 44 günlük Vətən müharibəsində şərəfli qələbə nəticəsində işğaldan azad edilib.

Can Azərbaycan ordusu erməni işğalçılardan fərqli olaraq başqasının torpağını işğal etmədi, mülki əhalini və ya mülki yaşayış məntəqələrini hədəf almadı, soyqırımı törətmədi, müharibənin və beynəlxalq hüququn legitimliyi çərçivəsində 44 günlük Vətən müharibəsində şanlı qələbəsini qazandı.

İndi Qarabağın erməni qəsbkarları tərəfindən dağıdılan hər bir guşəsinin dirçəldilməsi və yenidən qurulması zamanıdır və Türkiyə bu məsələdə də qardaş Azərbaycanın yanında olacaq.

Bu dirçəliş və yenidənqurmanın çox gözəl nümunəsini Azərbaycanın Milli Qəhrəmanı, türk dünyasının qəhrəman oğlu qardaşım İbad Hüseynli həyata keçirib.

Ümid edirəm ki, açdığımız bu gözəl məkan Xocavənd və Qarabağ üçün faydalı olacaq və çoxlu qonaqları qəbul edəcək.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, qalib Ali Baş Komandan İlham Əliyevə və onun şanlı əsgərlərinə eşq olsun! Dost da, düşmən də gördü ki… Qarabağ Azərbaycandır!”

Tədbir Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, rayon ictimaiyyəti nümayəndələri və qazilərin coşğun çıxışları ilə yadda qalıb.

 

 

Xocavənd şəhərində "Xocavənd" otelinin açılışı olub

Xocavənd şəhərində "Xocavənd" otelinin açılışı olub

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər